Digər XəbərlərFəaliyyətimizXəbərlər

ATVİB heyəti Saatlı Rayonunun Şirinbəyli kəndində iclas keçirdi

6 avqust 2022-ci il tarixində ATVİB Heyəti, ilk təşkilat rəhbərləri, ATVİB fəalları və bir sıra Axısxa Türkü vətəndaşlarımızın iştirakı ilə Saatlı rayonunun Şirinbəyli kəndində iclas keçirildi.

İclas ATVİB sədri və DATÜB Azərbaycan təmsilçisi Xalid Xəlilov, Sadr müavini Rustam Xalilov, sədr müavini və DATÜB İH üzvü Mevlüt IŞIK, İdarə Heyətinin üzvü və bölgə üzrə səlahiyyətli şəxs Mühiddin Xəlilov, bölgələrdən gələn ilk təşkilat rəhbərləri, ATVİB fəalları və Şirinbəyli kəndində yaşayan bir sıra Axısxa Türklərinin iştirakı ilə gerçəkləşdi.

İclasın əsas mövzusu son zamanlarda Birliyimizə, Sədrlərə və İdarə Heyətinə atılan böhtanlara açıqlamalar vermək və fəaliyyətlər haqqında məlumatlandırmaq olmuşdur.

İclas canlı yayım ilə (facebookda) ictimaiyyətə açıq şəkildə təşkil edildi. Daha sonra isə iştirakçılar ilə birgə xatirə şəkilləri çəkildi.

ATVİB İH olaraq Birliyimizə zərər verəcək bu cür böhtanların sona çatmasını ümid edirik.

Seçilmiş məqalə

Back to top button