Digər XəbərlərManşetTürk DünyasıXəbərlər

ATVİB-dən Rəcəb Tayyib Ərdoğana TƏBRİK MƏKTUBU!

Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın xalqın etimadını yenidən qazanaraq Türkiyənin 13-cü prezidenti seçilməsi münasibətilə Azərbaycanda yaşayan Axısxa Türklərinin “Vətən” İctimai Birliyi nin sədri, DATÜB Azərbaycan təmsilçisi Xalid Xəlilov təbrik məktubu ünvanlayıb.

Əziz və hörmətli Prezident,

Sizi Türkiyənin 13-cü prezidenti olaraq seçilməyiniz münasibətilə Azərbaycanda yaşayan Axısxa Türkləri adından təbrik edirik. Sizin, Türkiyənin ərazi bütönlüyünü, demokratik dəyərləri və rifahını qoruyub saxlamaqda davam edəcəyinizə inancımız sonsuzdur.

Sizin liderlik qabiliyyətiniz, güclü siyasi iradəniz və milli məsələlərə olan diqqətiniz hər birimizə məlumdur. Azərbaycanın ərazi bütövlüyünə və regional təhlükəsizliyə olan dəstəyiniz bizim üçün çox vacibdir. Güclü Türkiyənin yorulmaz lideri kimi, 44 günlük Vətən Müharibəsi zamanı Azərbaycana dəstəyiniz və savaşın ilk günü Azərbaycanın yanında olduğunuzu ifadə etməyiniz bizim üçün böyük ruh yüksəkliyi olmuşdur. İnkişaf etmiş Türkiyə-Azərbaycan əməkdaşlığı ilə birgə daha böyük uğurlar əldə edəcəyimizə inanırıq.

Sizi bir daha prezident seçilməyiniz münasibətilə təbrik edir, liderliyinizdə Türkiyəyə və böyük Türk millətinə xoşbəxtlik, uğur və səadət arzulayırıq.

Hörmətlə, 

Seçilmiş məqalə

Back to top button