Digər XəbərlərFəaliyyətimizXəbərlər

ATVİB-in bölgələrdəki Axısxa türkləri ilə görüşləri davam edir

26 mart 2022 tarixində Azərbaycanda yaşayan Axısxa Türklərinin “Vətən” ictimai birliyinin (ATVİB) növbəti iclası ATVİB İH-nin üzvü və sədr müavini Rüstəm Xəlilov, bölgə rəhbəri Mühiddin Xəlilov, Şamil müəllim və Əhmədabad İcra Nümayəndəsi Xəqani müəlimin iştirakı ilə Sabirabad şəhərinin Əhmədabad kəndində keçirildi.

İclasda ATVİB XI Ümumi Yığıncağına nümayəndə seçilən Axısxalı Türklər və digər qonaqlar iştirak etdi.

Toplantıda çıxış edən ATVİB sədr müavini və idarə heyətinin üzvü Rüstəm Xəlilov, iclas iştirakçılarına ATVİB sədri Xalid Xəlilovun salamlarını çatdıraraq, birlik tərəfindən son aylarda həyata keçirilən fəaliyyətlər və gələcək planlar haqqında ətraflı məlumat verib.

Seçilmiş məqalə

Back to top button