Digər XəbərlərFəaliyyətimizManşetTürk DünyasıXəbərlər

Axısxalı şairlər və Adıgün Türk Xalq Folklor Kollektivi Birlik ofisini ziyarət edib.

9 İyun 2023-cü il tarixində Axısxalı şairlərimiz Həmdi Ayvazov, Nüsrəddin Rəsulov, Təzəgül Cəvdətova, Sabirabad Regional Mədəniyyət İdarəsinin Saatlı Rayon Nəsimikənd kənd Folklor evinin “Adıgün Türk Xalq Folklor Kollektivi”nin rəhbəri Yaşar Hürüşanov, müavini Əhməd Vasibov və Axısxalı gənclərdən ibarət kollektivin üzvləri Azərbaycanda yaşayan Axısxa Türkləri Azərbaycanda yaşayan Axısxa Türklərinin “Vətən” İctimai BirliyiDATÜB Azərbaycan Təmsilçiliyi ofisini ziyarət edib.

Birliyin ofisini ilə yaxından tanış olan heyət ilə görüşən DATÜB Azərbaycan İdarə Heyətinin üzvü, ATVİB sədr müavini Mövlud Işık və ATVİB İdarə Heyətinin üzvü, Bakı-Abşeron-Sumqayıt-Xızı bölgəsi üzrə ilk təşkilatının sədri Yusif Asimov, birliyin fəaliyyəti, görülən işlər barədə heyətə ətraflı məlumat verərək, DATÜB Başkanı Ziyatdin Kassanov’un eyni zamanda ATVİB Başkanı və DATÜB Azərbaycan Təmsilçisi Xalid Xəlilovun salamlarını çatdırıb.

Görüşdə çıxış edənlər tarixi vətənimiz Axısxadan, şairlərimizin vasitəsilə gənclərimizə Vətən sevgisinin aşılanmasının vacibliyindən, Folklor kollektivinin fəaliyyəti ilə mədəniyətimizin təbliği, gələcək nəsillərə mirasın layiqli şəkildə ötürülməsi, vətən sevgisi və digər mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi istiqamətində görüləcək işlər barədə danışıblar. Olduqca maraqlı keçən görüşdə Adıgün Türk Xalq Folklor Kollektivi üzvlərinə səmərəli fəaliyyətlərinə görə Mövlud Işık tərəfindən təşəkkür edilib.

#Ahıska#Vatan#AdıgünTürkXalqFolklor#Saatlı#Sabirabad#AxısxaTürkləri#ATVİB#DATÜB#AhıskalıTürklər#Birlik

Seçilmiş məqalə

Back to top button