Digər XəbərlərFəaliyyətimizXəbərlər

“Teknofest 2022” festivalı iştirakçısı Axısxalı komanda heyəti ATVİB ofisini ziyarət etdi

Teknofest 2022 festivalında iştirak edən Axısxalı şagirdlərdən ibarət “AHISKA RESEARCHER” adlı komanda heyəti Azərbaycanda yaşayan Axısxa Türklərinin “Vətən” İctimai Birliyi ofisini ziyarət etdi.

Heyəti birlik ofisində qəbul edən ATVİB sədri və DATÜB təmsilçisi Xalid Xəlilov, AMEA Fizika İnstitutunun elmi işçisi, fəlsəfə doktoru Əhməd Asimov, Gənclər təşkilatının sədri Kənan İbrahimli, komandanın mentoru Əhməd Bayraqdarov və komanda üzvləri Şaxsənəm Xəlilova, Aidə Asimova, Nihad Abbasov və Nurlan Rəhimova ziyarətlərinə görə təşəkkürünü bildirərək, iştirak etdikləri bu yarışma nəticəsində bütün Axısxa türkü gənclərinə nümunə olduqlarını ifadə etdi.

ATVİB İdarə Heyəti olaraq gənclərimizi bu gözəl uğurlarından ötrü təbrik edir, belə bir əhəmiyyətli yarışmada göstərdikləri nəticəyə, bizə yaşatdıqları qürura görə və daha çox Axısxa türkü gənclərimizə nümunə olduqlarına görə təşəkkür edirik.

Son olaraq isə komandamızın yarışda iştirakı üçün dəstəyini əsirgəməyən, bu kimi digər layihələrin həyata keçirilməsi üçün yanımızda olan Dünya Ahıska Türkleri Birliği (DATÜB) Gənclər Təşkilatının sədri İsmihan Kassanov’a və İH-nin üzvlərinə minnətdarlığımızı bildiririk.

Görüşün sonunda komanda heyəti ilə xatirə şəkilləri çəkdirildi.

Seçilmiş məqalə

Back to top button