Digər XəbərlərFəaliyyətimizXəbərlər

ATVİB heyəti Saatlı Rayon İcra Hakimiyyətinin Başçısı Elmir Bağırov ilə görüşdü

Mayın 19-da Azərbaycanda Yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin sədri və DATÜB Təmsilçisi Xalid Xəlilovun sədrliyində başqan yardımcısı Rüstəm Xəlilov, Mövlud Işık, bölgə rəhbəri və idarə heyətinin üzvü Mühiddin Xəlilov, idarə heyətinin üzvləri Ali Bayrakdarov, Hamza Əliyev, Vəlid Aslanov, Zeynali Binaliyev, Süleyman Qəhramanov, Kamal Abdurazakov, Bəxtiyar Ibrahimov, Axısxalı şair Cabir Xalidov və Həmdi Ayvazov, ilk təşkilat rəhbərləri və ATVİB fəallarından ibarət ATVİB heyəti Saatlı Rayon İcra Hakimiyyətinin Başçısı Elmir Bağırovla görüşüb.

İcra başçısı Elmir Bağırov ATVİB İH-nin sədri Xalid Xəlilovu seçimi qazandığına görə təbrik edərək fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra Axısxa türklərinin Azərbaycanda illərdir həm sevinci həm də kədəri paylaşdığını deyərək davam edib. Bir xalq, bir millət kimi həmişə bir-birimizə dəstək olduğumuzu, ən ağır günlərimizdə, habelə istər I Qarabağ döyüşlərində istərsə “Vətən Savaşı” zamanı Axısxa türklərinin hər zaman Azərbaycanı öz vətənləri olaraq qəbul etməyindən irəli gələn vətən sevdası səbəbi ilə şücaətlə bizimlə birlikdə döyüşdüklərini deyərək sözlərinə davam etdi.

Axısxa Türklərinin Stalin tərəfindən sürgün olunmasının böyük bir geosiyasət olduğunu, sürgünün qeyri insani şərtlərdə həyata keçirilməsi və Axısxa Türklərinin yaşadıqlarının tarix səhifələrində ən acı günlər kimi hətda ən böyük terror və Genosid olaraq yazılmalı olduğunu bildirib.

Elmir Bağırov sözlərinə Axısxa türklərinin bu məşəqqətli, əzab-əziyyətli dövrlərdən keçməyinə baxmayaraq bütün dünyaya misal olaraq veriləcək bir inamla əsla vətənə olan sədaqətini, adət-ənənəyə, böyüklərə olan hörmətini itirmədiklərini də əlavə etdi. Daha sonra, Axısxa türklərinin bütün problemlərində İcra Hakimiyyəti olaraq həll edilməsinə hər zaman səy göstərdiklərini, bunu keçmiş idarəçilərlə də və hazırkı idarəçilərlə də etməyə hazır olduqlarını, çünkü Axısxa türklərinin vətənə bağlılıqlarını, çalışqan insanlar olduqlarını bildiklərini və hər zaman Axısxa türklərinin, ATVİB-in yanında olduqlarını vurğulayıb.

Cənab Başçının çıxışından sonra isə Azərbaycanda Yaşayan Axısxa Türklərinin “Vətən” İctimai Birliyi İdarə Heyətinin sədri Xalid Xəlilov çıxış edib.

Sözlərinə ATVİB İdarə Heyəti və bütün Axısxa türkləri adından iştirakçıları salamlayaraq başlayan Sədr, vaxt ayırdıqları üçün minnətdar olduqlarını dilə gətirdi.

Sözlərinə Axısxa türkləri və Azərbaycanlılar arasındakı əlaqələrin hələ sürgünə kimi də inkişaf etmiş olduğunu, Ömər Faiq Nemanzadə, daha sonra Şafiqə xanım Əfəndizadə, Əhməd Bəy Pepinov kimi tarixi şəxslərin əməyinin böyük rolu olduğunu vurğulamışdır. İki xalq arasındaki oxşarlıqlar və vətənə bağlılıqlarından ötürü heç də Axısxa türklərinin özlərini azınlıq xalq kimi görmədiklərini söyləyən sədr Azərbaycanın vətənimiz olduğunu və Qarabağda yaşamiş insanların necə ki Qarabağda yaşamaq arzularının olduğunu bildirərək eyni ilə Axısxa türklərinin də bu arzular içərisində olduqlarını vurğulamışdır. Bu çərçivədə bütün respublikalarda yaşayan Axısxa türklərinin Birlik olmaq və inamla mübarizə etməli olduqlarını ifadə edən sədr əks təqdirdə babalarımızın yaşadıqları torpaqlara, vətənə və babalarımıza xəyanət etmiş olacaqlarını söyləyib.

Birlik sədri Xalid Xəlilov, dövlətin dəstəyini hər zaman hissetdiklərini bildirərək, “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi” ilə olan yaxın əməkdaşlığı göstərdi.

Çıxışlardan sonra Saatlı rayonunun müxtəlif kəndələrində məskunlaşmış Axısxa türklərinin əsas problemlərindən olan qaz, əsasən əkinçiliklə məşğul olan Axısxalılar üçün su və Axısxa türkü gənclərin rayon mərkəzlərində işlə təmin olunması mövzularında müzakirələr edilmişdir.

Seçilmiş məqalə

Back to top button