Axısxa Adət ƏnənələriDigər XəbərlərFəaliyyətimizManşetTürk DünyasıXəbərlər

Axısxalı şairlər və Adıgün Türk Xalq Folklor Kollektivi, II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında iştirak edib.

Axısxalı şairlər və Adıgün Türk Xalq Folklor Kollektivi, ll Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı nda iştirak edib.
Tədbirdə Azərbaycanda yaşayan Axısxa Türklərinin “Vətən” İctimai Birliyi sədri və Dünya Ahıska Türkleri Birliği – DATÜB Azərbaycan Təmsilçisi Xalid Xəlilov çıxış edərək II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında iştirak etmək üçün Azərbaycana gələn qonaqları, bütün kitabsevərləri DATÜB Başqanı Ziyatdin Kassanov adından və öz adından salamlayaraq, tədbirin təşkilatçılarına, dəstəkçilərinə və dəvətə görə özəlliklə Azərbaycan Yazıçılar Birliyinə, birliyin mətbuat katibi Xəyal Rzaya təşəkkürünü bildirib.

Festivalda, Axısxalı şairlər Həmdi Ayvazov, Təzəgül Cəvdətova, Nürəddin Rəsulovun müxtəlif vətənpərvərlik ruhunda şeirlər səsləndirərkən, Adıgün Türk Xalq Folklor Kollektivinin Axısxalı gənclərdən ibarət üzvləri halay, qavalla, incəlik və digər gözəl milli rəqs nümunələrini təqdim edib.

Festivalda iştirak edən Axısxalı şairlərimizin şeirləri və Sabirabad Regional Mədəniyyət İdarəsinin Saatlı Rayon Nəsimikənd kənd Folklor evinin “Adıgün Türk Xalq Folklor Kollektivi”nin gözəl rəqs nümunələri qonaqların və festivalda iştirak edən iştirakçılarının eləcə də bütün izləyicilərin böyük marağına səbəb oldu, alqışladı.

Birlik olaraq, festivala dəvətindən ötürü Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri, Beynəlxalq Türk Müəllifləri Birliyinin (BeyTüM) sədri, tanınmış şair Xəyal Rzaya Dünya Ahıska Türkləri Birliyi (DATÜB) və Azərbaycanda Yaşayan Axısxa Türkləri Vətən İctimai Birliyi (ATVİB) adından öz dərin minnətdarlığımızı bildiririk.

Seçilmiş məqalə

Back to top button