Digər XəbərlərFəaliyyətimizXəbərlər

ATVİB Qadınlar Şurası tərəfindən “Xocalı Soyqırımı”nın 30-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilib

Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin Qadınlar Şurasının sədri Gülnarə Salayevanın təşkilatçılığı ilə keçirilən tədbirə Bakı şəhərində və bölgələrdən gələn qadınlar iştirak edib.

26 Fevral 1992-ci il Xocalı soyqırımını zamanı şəhid olan polis baş leytenantı Abdulla Həmzəyevin həyat yoldaşı 15 gün erməni əsirliyində olmuş canlı şahid Mehriban Bəkirova da qatılıb.

Tədbirdə soyqırım qurbanlarının xatirəsi anılıb, ruhlarına Qurani Kərim oxunub və iştirakçılara halva paylanılıb.

XX əsrin ən böyük qətliamlarından biri olan Xocalı soyqırımı zamanı qətlə yetirilən bütün şəhidlərimizi ehtiramla anırıq.

Seçilmiş məqalə

Back to top button