Digər XəbərlərFəaliyyətimizXəbərlər

TİKA Bakı Proqram Koordinatoru Fatih Yılmaz Birlik ofisini ziyarət etdi

29 iyul 2022-ci il tarixində TİKA Bakı Proqram Koordinatoru Fatih Yılmazın Birlik ofisini ziyarəti zamanı keçirilən görüşdə TİKA Bakı proqram koordinatoru Fatih YILMAZ və Abbas Bəy, ATVİB sədri və DATÜB Azərbaycan Təmsilçisi Xalid Xəlilov, sədrin I müavini və İH-nin üzvü Yusif Səfərov, sədr müavini və İH-nin üzvü Rüstəm Xəlilov, İH-nin üzvü və bölgə nümayəndəsi Mühiddin Xəlilov, İH-nin üzvü Vəlid Aslanov, İH-nin üzvü Müzəffər Çalikov, ATVİB qadınlar şurasının sədri Gülnara Salayeva və jurnailst Murad Abitov iştirak etdi.

Görüşdə əsasən fənn olimpiadalarına hazırlaşan gənclər üçün hazırlıq kurslarının açılması üçün dəstək verilməsi, gənclərimizin inkişafı üçün informasiya texnologiya avadanlıqları ilə təmin edilməsi, kənd təsərrüfatı sahəsində toxumçuluğun inkişaf etdirilməsi və bölgələrdəki içməli su probleminin aradan qaldırılması üçün dəstək mövzularında fikir mübadiləsi aparıldı.

Görüşün sonunda Fatih Yılmaza Dünya Ahıska Türkleri Birliği – DATÜB İH üzvü, ATVİB sədr müavini və İH üzvü, araşdırmaçı-jurnalist Mövlud İşıkın müəllifi olduğu “Axısxalı Şəhidlər” kitabı və Ahıska qazeti və Türk Birliyi jurnalının baş redaktoru, şair-publisist, yazar Rövşən Məmmədoğlunun 44 günlük Vətən müharibəsinə həsr etdiyi “Qarabağ Azərbaycandır!” adlı kitabı hədiyyə edildi və birlikdə xatirə şəkilləri çəkdirildi.

ATVİB İdarə Heyəti olaraq, TİKA Bakı PKO ilə gerçəkləşən bu görüşün millətimizə faydalı olacağına əminik.

Seçilmiş məqalə

Back to top button