Digər XəbərlərManşetTürk DünyasıXəbərlər

DATÜB Başkanı Ziyatdin Kassanov bizi qürurlandırdı

Dünya Ahıska Türkləri Birliyinin Başqanı cənab Ziyəddin Kassanovun Türkiyənin 13-cü Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın fəaliyyətə başlaması mərasiminə dəvət edilməsi bizləri qürurlandırdı.

Yenidən cumhurbaşqanı seçilən Rəcəb Tayyib Ərdoğan, 2028-ci ilə qədər davam etdirəcəyi görəvinə rəsmən başladı.

Türk lider Ərdoğanın fəaliyyətə başlama mərasiminə Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə birlikdə 50 nəfər dövlət və hökümət rəhbəri olmaqla, 81 ölkədən 100’ə yaxın üst səviyədə xarici qonaq konuk qatıldı.

Bütün Axısxa Türklərini təmsilən DATÜB sədri Ziyəddin Kassanov da tədbirə dəvət alan qonaqlar arasında idi. Millətin evi olan Cumhurbaşkanlığı Külliyəsində hər zaman milləti ilə qucaqlaşan bir lider olan cənab Ərdoğanın rəsmən fəaliyyətə başlaması ilə “Türkiyə Əsri”nin inşası yolundakı bu görəvi xeyirli uğurlu olsun.

Axısxalı türkləri hər platformlarda layiqli təmsil edən Dünya Ahıska Türkleri Birliği – DATÜB Başqanımız cənab Ziyəddin Kassanovu Azərbaycanda yaşayan Axısxa Türklərinin “Vətən” İctimai Birliyi və DATÜB Azərbaycan Təmsilçiliyi adından təbrik və təşəkkür edirəm.

Millətimiz, Cumhuriyətin ikinci əsrini Türkiye Yüzili ilə taclandıracakdır.

Xalid Xəlilov

ATVİB sədri və DATÜB Azərbaycan Təmsilçisi

#TürkiyeYüzyılıBaşladı

Seçilmiş məqalə

Back to top button