ATVİB İdarə Heyətinin növbəti iclası Birlik ofisində gerçəkləşdi
20 avqust 2022-ci il tarixində Azərbaycanda Yaşayan Axısxa Türklərinin İdarə Heyətinin gündəmlə bağlı, hesabat xarakterli və Axısxa Türklərinin Reabilitsiya məsələləri üzrə qurulacaq məclisə 3 nəfər seçilən iclası Birlik ofisində gerçəkləşmişdir.
İclas bölgə rəhbərlərinin hesabat xarakterli çıxışları, ATVİB sədri, DATÜB Azərbaycan təmsilçisi Xalid Xəlilovun İdarə Heyətini həyata keçiriləcək yeni fəaliyyətlər haqqında məlumatlandırması və Axısxa Türklərinin Reabilitasiya müddətini davam etdirəcək məclisə Azərbaycandan 3 nəfər nümayəndələrin seçilməsi ətrafında həyata keçirilmişdir.
İclasda İdarə Heyətinin 15 üzvü iştirak etmişdir.
İştirak edən 15 üzvün rəylərinə əsasən,
Xalid Xəlilov 15 səs ilə, Rüstəm Xəlilov 15 səs ilə, Mövlud İşık 13 səs ilə Qurulacaq Reabilitasiya məclisinə Azərbaycandan seçilən nümayəndələr olmuşdur.