Digər XəbərlərFəaliyyətimizXəbərlər

Ali Səlimoğluna ATVİB Təşəkkürnaməsi təqdim edilib

Uzun illər müxtəlif görəvlərdə millətimizə layiqli şəkildə xidmət edən, Axısxalı türk toplumumuzun sayılıb seçilən dava adamlarından olan Ali Səlimoğluna Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin sədri Xalid Xəlilovun adından vətən davasında və birliyin fəaliyyətindəki uzunmüddətli səmərəli xidmətlərinə görə təşəkkürnamə birliyimizin idarə heyətinin üzvü, sədr müavini Rüstəm Xəlilov və IH üzvü, bölgə rəhbəri Mühiddin Xəlilov tərəfindən təqdim edilib.

Görüşdə birliyin fəaliyyəti, gələcək planlar haqqında müzakirələr aparılıb.

Dəyərli Ali Səlimoğlunu ATVİB IH adından bir daha təbrik edir, sağlam və xeyirli gün ömür diləyirik.

Seçilmiş məqalə

Back to top button