Keçmiş olsun Gaziantep
PKK/YPG terror qrupları idarəsində olan Suriyənin Kobani bölgəsindən Türkiyə Cümhuriyyətinin Gaziantep şəhərinin Karkamış bölgəsinə raket hücümları olmuşdur. Raketler məktəb və mülki əhalinin yaşadığı yerlərə düşmüşdür.
ATVİB İdarə Heyəti, şəxsim və Azərbaycanda yaşayan Axısxa Türkləri adından Türkiyə Cümhuriyyətinə, Türkiyə Cühmuriyyətinin Cumhurbaşqanı cənab Recep Tayyip Erdoğana, Türkiyənin Azərbaycandakı Səfirliyinin fövəladə və səlahiyyətli səfiri cənab Doç. Dr. Cahit Bağcıya və türk xalqına keçmiş olsun deyərək bildirmək istəyirik ki bu kimi xain terror hücumlarını qınayır və hər zaman Axısxa Türkləri olaraq Türkiyənin yanında olduğumuzu bildiririk.
Uca Allahdan dünyasını dəyişənlərə rəhmət, yaralananlara isə şəfa diləyirik.
Hörmətlə,
Xalid Xəlilov
Azərbaycanda Yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin sədri
Dünya Ahıska Türkleri Birliği – DATÜB Azərbaycan təmsilçisi