ATVİB “Beynəlxalq İtkinlər Günü” konfrasında iştirak etdi
30 avqust 2022-ci il tarixində, Bakı şəhərində Azərbaycan Respublikası əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Beynəlxalq Qızıl Xaç Komitəsinin həmtəşkilatçılığı ilə İtkin düşmüş şəxslərin şəxsiyyətinin müəyyən edilməsi-Humanitar yanaşma mövzulu Konfrans təşkil edilmişdir.
Təşkil edilmiş Konfransa Azərabaycanda Yaşayan Axısxa Türklərinin “Vətən” İctimai Birliyi də dəvət edilmişdir. Konfransta ATVİB İdarə Heyəti adına ATVİB sədri, DATÜB Azərbaycan təmsilçisi Xalid Xəlilov və ATVİB mətbuat katibi Paşaali Paşaaliyev iştirak etmişdir.
Konfransda əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun rəhbəri cənab İsmayıl Axundov, Prezident Administrasiyasının sektor müdiri cənab Həbib Mikayılov,, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü cənab Novruz Aslanov, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri cənab Zahid Oruc, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK)-nın Azərbaycandakı Nümayəndəliyinin başçısı xanım Draqana Koiç, Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Patoloji Anatomiya birliyinin direktoru Dr. Ədalət Həsənov, Daxili İşlər Nazirliyinin Kriminalistik tədqiqatlar İdarəsinin rəisi Dr. Elnur Nəsibov, Hərbi Prokurorluğun xüsusi istintaq şöbəsinin mühüm işlər üzrə böyük müstəntiqi cənab Emil Ağayev çıxış edənlər siyahısında olmuşdur, və bununla birlikdə İtkin düşmüş şəxslər üzrə Qlobal Alyansın videomüraciəti göstərilmiş, Humanitar məhkəmə-tibbi ekspertiza identifikasiyası prosesi barədə məlumatlandırmalar edilmişdir.
Konfransda edilən çıxışların ortaq məsələləri Beynəlxalq İtkinlər Gününün ictimaiyyətdə daha çox tanıdılması, I və II Qarabağ müharibəsində itkin düşmüş vəya girov götürülmüş Azərbaycan Respublikası vətəndaşlarının sayı və identifikasiyası haqqında məlumatlar verilməsi, Ermanistan Respublikasının Beynəlxalq İnsan Hüquqları normlarına əməl etməməsi, müharibə zamanı itkin düşmüş şəxslərin, girovların və daha sonradan dünyasını dəyişmiş şəxslər barədə məlumat verməməsi vəya qeyri-dəqiq məlumatlandırması haqqında olmuşdur.
ATVİB İdarə Heyəti olaraq, Azərbaycanda Yaşayan Axısxa Türklərinin “Vətən” İctimai Birliyini bu əhəmiyyətli konfransa dəvət etdikləri üçün tədbirin həmtəşkilatçıları Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Beynəlxalq Qızıl Xaç Komitəsi rəhbərliyinə dərin minnətdarlığımızı bildiririk.