Digər XəbərlərFəaliyyətimizXəbərlər

ATVİB sədri, DATÜB təmsilçisi Xalid Xəlilov Saatlı və Xaçmaz rayonlarında Axısxa türkləri ilə bir araya gəldi

Azərbaycanda Yaşayan Axısxa Türklərinin “Vətən” İctimai Birliyinin (ATVİB) sədri, Dünya Ahıska Türkleri Birliği (DATÜB) təmsilçisi Xalid Xəlilov , DATÜB Avropa təmsilçisi Burhan Özkoşar və ATVİB İH-nin üzvlərinin iştirakı ilə Saatlı və Xaçmaz rayonlarında bölgələrdən gələn Axısxa türkləri ilə iclas təşkil edildi.

İclasın əsas mövzusu Axısxa türklərinin Vətənə dönüşü və Gürcüstan Respublikası tərəfindən 2014-2015 ci illərdə verilən şərtli vətəndaşlıqların yenidən gündəmə gətirilməsi və geri dönüş ilə bağlı yeni addımlar atılması, daha fəal və aktiv planların həyata keçirilməsi ilə bağlı olub.

Olduqca səmimi keçən iclasda iştirak edən Axısxa türkləri Vətənə dönüş üçün hər zaman hazır olduqlarını, lakin, dönüşdən öncə Axısxa türklərinin reabilitasıyasının, haqqlarının alınmasının zəruri olduğunu bildirdilər.

İclasdan sonra iştirakçılar xatirə şəkilləri çəkildi.

Seçilmiş məqalə

Back to top button