Digər XəbərlərFəaliyyətimizManşetXəbərlər

ATVİB Axısxa Türklərinin sürgün edilməsinin 78-ci ili, Qərbi Azərbaycanlıların yurdlarından sürgün edilməsinin 74-cü ili bağlı ilə Anım Mərasimi təşkil etdi

12 oktyabr 2022-ci il tarixində Azərbaycanda yaşayan Axısxa Türklərinin “Vətən” İctimai Birliyinin (ATVİB) təşkilatçılığı, Dünya Ahıska Türkleri Birliğinin dəstəyi ilə 14 noyabr 1944-cü il Axısxa Türklərinin tarixi vətən Gürcüstanın Axısxa bölgəsindən sürgün olunmasının 78-ci ildönümü, Qərbi Azərbaycanlıların isə yurdlarından sürgün edilmələrinin 74-cü ildönümü ilə bağlı Xaçmaz rayonunun Yen Həyat qəsəbəsində Anım mərasimi təşkil edildi.

Təşkil edilən Anım Mərasimində ATVİB sədri Xalid Xəlilov, ATVİB İdarə Heyətinin üzvləri, ATVİB bölgə və ilk təşkilat rəhbərləri, Vətən davasında hər zaman könüllü iştirak edən ATVİB fəalları, Xaçmaz rayon Veteranlar şurası, I Qarabağ müharibəsi və “44 Günlük” Vətən savaşı iştirakçıları, qazilər, şəhid ailələri, ağsaqqallar və kənd sakinləri iştirak etdi.

Tədbirdə çıxış edənlər tarixi vətənlərindən sürgün edilmiş Axısxa Türkləri və yurdlarından didərgin salınmış Qərbi Azərbaycanlıların bu acı tarixini əsla unutmadıqlarını və unudulmayacağını vurğulayaraq, sürgün zamanı həyatını itirmiş insanları dərin hüznlə yad edib, onlara uca Allahdan rəhmət dilədilər.

ATVİB olaraq, tarixin ən acımasız və qanlı səhifələrindən biri olan sürgünü, bu sürgündə həyatlarını itirmiş, övladlarından ayrı qalmış ata-anaların fəryadlarını, çəkdikləri aclıq və susuzluğu, ən əsası vətənlərindən qoparlımalarını əsla unutmayacaq və unutdurmayacağıq.
Bu kimi tədbirlərin əhəmiyyəti xalqımız adına çox vacib və dəyərlidir.

Allah sürgündə həyatını itirmiş bütün soydaşlarımıza və Qarabağın azadlığı üçün canlarını fəda edən bütün şəhidlərimizə rəhmət etsin!

Seçilmiş məqalə

Back to top button