Digər XəbərlərFəaliyyətimizXəbərlər

ATVİB sədri Xalid Xəlilov birlik ofisində qəbul keçirdi

Azərbaycanda Yaşayan Axısxa Türklərinin “Vətən” İctimai Birliyinin (ATVİB) sədri, DATÜB Təmsilçisi Xalid Xəlilov AMEA Fizika İnstitutunun elmi işçisi, Fəlsəfə doktoru Əhməd Asimov və “Axısxa Mədəniyyət Mərkəzi” İctimai Birliyinin sədri Xəlil Bayraqdarovu ATVİB ofisində qəbul edib.

Əhməd Asimov may ayının sonunda keçiriləcək “Teknofest” yarışmasında iştirak edəcəkləri barədə BİRLİK sədrinə məlumat verib.

“Axısxa Mədəniyyət Mərkəzi” İctimai Birliyinin sədri Xəlil Bayraqdarov ilə mədəniyyət mərkəzinin fəaliyyətinin yenidən bərpa edilməsi, gücləndirilməsi və gələcəkdə görüləcək işlər, layihələr barədə müzakirələr edildi.

Seçilmiş məqalə

Back to top button