ATVİB heyəti “Cümhuriyyət Bayramı” tədbirində iştirak etdi
ATVİB heyəti 29 oktyabr 2022-ci il tarixində Türkiyənin Azərbaycandakı Səfirliyinin Türkiyə Cümhuriyyətinin elanının 99-cu ili münasibəti ilə Bakı şəhəri-Heydər Əliyev Mərkəzində təşkil etdiyi tədbirdə iştirak etdi.
Tədbirdə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səlahiyyətli səifiri cənab Cahit Bağcı və səfirlik heyəti, Milli Məclisin sədri xanım Sahibə Qafarova, millətvəkilləri, ordu mənsubları, dini qurumların rəhbərləri, QHT-lər, iş adamları və medya mənsubları iştirak etmişdir.
Azərbaycanda Yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyini təmsilən ATVİB sədr müavini Yusif Səfərov, ATVİB İH-nin üzvü və bölgə nümayəndəsi Yusif Asimov, ATVİB mətbuat katibi Paşaali Paşaaliyev, Dünya Ahıska Türkleri Birliği – DATÜB Gençlik Kolları Azərbaycan təmsilçisi Kənan Ibrahimli, Fərqan Qəhramanov, AMEA Fizika İnstitutunun elmi işçisi, fizika üzrə fəlsəfə doktoru, Əhməd Asimov iştirak etmişdir.
Sədr müavini Yusif Səfərov ATVİB sədri, DATÜB Azərbaycan təmsilçisi Xalid Xəlilovun salamlarını və Cümhuriyyətin elanı münasibəti ilə təbrikini hörmətli səfir Cahit Bağcıya çatdırmışdır.
Tədbir iki qardaş ölkənin himnlərinin səsləndirilməsi ilə başlanılmış, daha sonra cənab Cahit Bağcı Türkiyə Cümhuriyyətinin prezidenti cənab Recep Tayyip Erdoğanın təbrik mesajını iştirakçılara səsləndirmişdir.
Daha sonra kürsüyə gələn Milli Məclisin sədri Sahibə Qafarova qardaş ölkə Türkiyə Cümhuriyyətinin elanı münasibəti ilə Türk xalqına təbriklərini ifadə etmişdir.
Azərbaycan Respublikasınının Ali Baş Komandanı, hörmətli Prezidentimiz cənab Ilham Aliyevin Cümhuriyyətin elanı münasibət ilə təbrik mesajı iştirakçılara çatdırıldıqdan sonra Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyi tərəfindən iştirakçılar üçün yemək təqdim edildi və xatirə şəkilləri çəkdirildi.
ATVİB İdarə Heyəti olaraq Türkiyə Cümhuriyətini, Türk xalqını bu anlamlı gün münasibəti ilə təbrik edir, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səlahiyyətli Səfiri cənab Cahit Bağcıya dəvət üçün təşəkkür edirik.