Axısxalı Türk ŞəhidlərTürk DünyasıXəbərlər

SEYFƏTOV İLHAM NÜSRƏDDİN oğlu

Axısxalı Türklər Azərbaycanın ərazi bütövlüyünün müdafiə edilməsi uğrunda gedən döyüşlərdə hər zaman iştirak etmişdir. Bu döyüşlərdə onlarla yüzlərlə igid və mərd vətən övladları şəhid olmuşdur. Onlardan biri də Azərbaycanı öz vətəni olaraq görən və vətənin müdafiəsində iştirak edən Seyfətov İlham Nüsrəddin oğludur.

İlham Seyfətovun ailəsi də yüzlərlə Axısxalı Türk kimi sürgünlər yaşamış və nəhayət Azərbaycanı vətənləri hesab edərək buraya pənah gətirən ailələrdən biridir. Seyfətov İlham Nüsrəddin oğlu 18 aprel 1975-ci ildə anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra vətənin çətin zamanında biganə qalmayaraq hərbi xidmətə getmişdir. O, 20 iyun 1993-cü ildə Ağstafa Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır.

Daha 18 yaşı olmasına baxmayaraq müharibənin qızğın bir vaxtında həyatın ən çətin sınaqları qarşısında qalan İlham vətənimizin Beyləqan rayonu istiqamətində erməni vəhşilərinə qarşı müharibədə iştirak etmişdir. 18 aprel 1994-cü ildə Beyləqan rayonu ərazisində yerləşən 181 saylı hərbi hissədə xidmət vəzifəsini yerinə yetirirkən itkin düşmüşdür.

Ağstafa rayon Məhkəməsinin 2007-ci il tarixli №2-220 qətnaməsi ilə vəfat etmiş hesab edilmişdir. İlk əvvəl valideynləri Ağstafa rayonu Soyuqbulaq qəsəbəsində yaşasa da daha sonra onlar Türkiyə Respublikasına köç etmişdir.

Allah şəhidimizə rəhmət etsin! 

SEYFATOV ILHAM NUSRADDIN OGHLU

Ahiska Turks have always participated in the battles for the defense of the territorial integrity of Azerbaijan. Dozens and hundreds of brave and valiant sons of the motherland were martyred in these battles. One of them is Seyfatov Ilham Nusreddin oglu, who sees Azerbaijan as his homeland and participates in the defense of the homeland.

Ilham Seyfatov’s family is one of the families who lived in exile like hundreds of Ahiska Turks and finally took refuge here, considering Azerbaijan as their homeland. Seyfatov Ilham Nusreddin oglu was born on April 18, 1975. After graduating from high school, he joined the military service during the difficult times of his country. He was called to military service on June 20, 1993 by the Agstafa District Military Commissariat.

Despite being only 18 years old, Ilham, who faced the most difficult trials of life at the height of the war, took part in the war against the Armenian savages in the Beylagan district of our homeland. On April 18, 1994, he went missing while performing his duty in military unit No. 181 located in Beylagan region.

He was considered dead by the resolution No. 2-220 of Agstafa District Court dated 2007. At first, his parents lived in Soyugbulag settlement, Agstafa district, but later they moved to the Republic of Turkey.

May God have mercy on our martyr!

СЕЙФАТОВ Ильхам НУСРЕДДИН оглы

Турки-ахыска всегда участвовали в боях за защиту территориальной целостности Азербайджана. В этих боях погибли десятки сотен отважных детей Родины. Одним из них является Сейфатов Ильхам Нусреддин Оглы, который видит Азербайджан своей Родиной и принимает участие в его защите.

Семья Ильхама Сейфатова-одна из тех, кто, как и сотни турок-ахыска, пережил изгнание и, наконец, нашел здесь убежище, считая Азербайджан своей Родиной. Сейфатов Ильхам Нусреддин оглы родился 18 апреля 1975 года. После окончания средней школы он поступил на военную службу, не оставаясь равнодушным к тяжелому времени своей Родины. 20 июня 1993 года он был призван на военную службу Агстафинским районным военным комиссариатом.

Несмотря на то, что ему было еще 18 лет, в разгар войны он участвовал в войне против армянских варваров в направлении Бейлаганского района нашей Родины. Пропал без вести 18 апреля 1994 года при исполнении служебных обязанностей в воинской части № 181, расположенной на территории Бейлаганского района.

Решением Агстафинского районного суда от 2007 года №2-220 он был признан шехидом. Сначала родители жили в поселке Сойугбулаг Агстафинского района, но позже они переехали в Турецкую Республику.

Да благословит Аллах нашего шехида!

Seçilmiş məqalə

Back to top button