Digər XəbərlərFəaliyyətimizManşetXəbərlər

ATVİB İdarə Heyətinin növbəti toplantısı keçirildi.

Azərbaycanda yaşayan Axısxa Türklərinin “Vətən” İctimai Birliyinin İdarə Heyətinin iclası ATVİB başqanı və DATÜB Azərbaycan Təmsilçisi Xalid Xəlilovun sədrliyində 19 Mart 2023-cü il tarixində bölgələrdən gələn idarə heyəti üzvlərinin iştirakı ilə Bakıda keçirildi.

Birliyinin İdarə Heyətinin iclasınin

gündəliyindəki məsələlər…

1. Azərbaycanda yaşayan Axısxa Türklərinin “Vətən” İctimai Birliyinin İdarə Heyəti sədrinin hesabatı. (ATVİB İH-nin FƏALİYYƏTİ, VƏTƏNƏ DÖNÜŞ KOMİSSİYASI, ADRES BƏYAN FORMU və digər məsələlər haqqında).

2. Bölgə rəhbərlərinin hesabatı.

3. Azərbaycanda yaşayan Axısxa Türklərinin “Vətən” İctimai Birliyinin İdarə Heyətinin 1-ci iclasında yaradılmış komissiyaların rəhbərlərinin hesabatı.

4. Azərbaycanda yaşayan Axısxa Türklərinin “Vətən” İctimai Birliyinin mətbuat orqanı olan “Axısxa” qəzetinin vəziyyəti haqqında məlumat.

5. Axısxa türklərinə 2014-cü ildə Gürcüstan dövləti tərəfindən vətəndaşlığı verilməsi nəzərdə tutulan 494 nəfərin Anket çalışmaları haqqında.

6. Ümummilli Liderimiz Heydər Əliyevin 100 illik yubileyinin keçirilməsi üçün təşkilat komitəsinin yaradılması.

7. Axısxa türklərinin Vətənə dönməsi uğrunda mücadilə vermiş Öndərlərimizin fəaliyyəti haqqında tarixi materialların yazılı və vidyo formasında hazırlanması, onların yubileylərinin keçirilməsi barədə.

8. Ali məktəblərə sənədlərin təqdim edilməsi.

9. Məzunların Diplomlarının tanınmasında yaranmış gecikmələr haqqında.

10. Türkiyədəki zəlzələdən əziyyət çəkənlərə yardım haqqında.

11. Xəstələrə yardım haqqında.

12. Bəzi “fəalların” bölücülük fəaliyyəti haqqında.

13. “Axısxa evi” layihəsi haqqında

14. Cari məsələlərin müzakirəsi

Müzakirə olunan məsələlərin həyata keçirilməsi üçün fəaliyyət planı yekdilliklə qəbul edildi.

Seçilmiş məqalə

Back to top button