Axısxalı Türk ŞəhidlərTürk DünyasıXəbərlər

HÜSEYNOV ROMAN NƏRİMAN oğlu

Hüseynovlar ailəsi 1944-cü ildə öz tarixi vətənlərindən Orta Asiyaya zorla sürgün edilən minlərlə Axısxalı ailədən sadəcə biridir. Stalinin Axısxalı Türklərə qarşı həyata keçirdiyi repressiyalardan biri də onlara qarşı komendant rejiminin tətbiq edilməsi idi. Bu təzyiqlər nəticəsində Axısxalı Türklərə yerləşdirildikləri sürgün yerlərindən bir başqa yerə köçməyə icazə verilmirdi. Stalinin ölümündən sonra onun qoyduğu ciddi qaydalar da yumşalmağa başladı və tədricən komendant rejimi ləğv edildi. Bunun nəticəsi olaraq Axısxalı Türklərə Gürcüstandan başqa ölkələrə köç etməyə icazə verildi. Axısxalılar sadəcə tarixi vətənlərinə köç edə bilməzdi. Beləliklə Axısxalı Türklər 1958 – 1959-cu illərdə Sovet Hakimiyyətinə bağlı olan respublikalara köç etməyə başladılar.

Roman Hüseynovun valideynləri də 1958-ci ildə Azərbaycana köç edən ailələrdən biri idi. Hüseynovlar ailəsi Azərbaycanın, Xaçmaz rayonu, Yeni Həyat qəsəbəsində məskunlaşdılar. Hüseynov Roman Nəriman oğlu 9 fevral 1974-cü ildə Yeni Həyat qəsəbəsində anadan oldu. Orta məktəbi də elə doğulub boya başa çatdığı Yeni Həyat qəsəbəsindəki orta məktəbdə oxudu. Orta məktəbi bitirdikdən sonra 1992-ci il avqust ayının 25-də Azərbaycan milli Ordusu sıralarına müddətli hərbi xidmətə getdi. 1994-cü ilin may ayında hərbi xidmətdən qayıtdı. Ermənilərin Azərbaycanın ərazi bütövlüyünə qarşı təcavüzləri davam edirdi. 1994-cü ilin oktyabrında Roman könüllü olaraq Qarabağ müharibəsinə qoşuldu. 4 ay xidmət edən Roman Fizuli istiqamətində gedən döyüşlərdə iştirak etdi və itkin düşdü.

Şəhid Roman Hüseynovun valideynləri əslən Gürcüstan Respublikasının, Axısxa rayonunun Tsoxtev kəndindəndir. Şəhidimizin Xaçmaz rayonu, Yeni Həyat qəsəbəsində yaşayan qardaşı Orman Hüseynov ilə görüşərək şəhidimiz haqqında xatirələrini dinlədik:

– Qardaşım 2 il Naxçıvanda xidmət etdi. Xidmətini başa vurub qayıtdıqdan sonra isə Ulu Öndər Heydər Əliyevin çağırışına əməl edərək vətənin müdafiəsinə qalxdı və Qarabağ müharibəsinə qoşuldu. Qardaşım Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə itkin düşdü. O vaxt mən də Sovet Ordusunda əsgərlikdə idim. Hərbi xidmətdən qayıtdıqdan sonra Qarabağ müharibəsinə getdim. Mən özüm də 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etdim. Biz qardaşım ilə birlikdə eyni vaxtda erməni təcavüzkarlarına qarşı müharibədə olduq. Amma tale elə gətirdi ki, o itkin düşdü mən isə sağ qaldım. Mən müharibənin elə çətin dövrlərini yaşamışam ki, istəmirəm ki, o günləri yada salım. Cəbhədən qayıtdıqdan sonra 1 il özümə gələ bilmədim. Mən heç vaxt döyüşdən qorxmamışam. Amma mən bizimkilərin xəyanətindən qorxurdum. O dövrdə özbaşınalıq idi. Belə bir vaxtda qardaşım itkin düşdü. Bir müddət sonra isə ona dövlətimiz tərəfindən şəhid statusu verildi.

Şəhid Roman cismən aramızda olmasa da O, hər zaman sevdiklərinin və Azərbaycan xalqının qəlbində yaşayır. Bugün bizim yaşayacaq bir ovuc torpağımız var isə bu şəhidlərimizin sayəsindədir. “Şəhidlər ölməz, vətən bölünməz.”

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

HUSEYNOV ROMAN NARIMAN OGHLU

The Huseynov family is just one of the thousands of Ahiska Turk families forcibly deported from their historical homeland to Central Asia in 1944. One of Stalin’s repressions against Ahiska Turks was the imposition of a commandant regime against them. As a result of these pressures, Ahiska Turks were not allowed to move from their place of exile to another place. After Stalin’s death, the strict rules imposed by him began to relax, and the commandant regime was gradually abolished. As a result, Ahiska Turks were allowed to migrate to countries other than Georgia. Ahiska Turks could not simply migrate to their historical homeland. Thus, in 1958-1959, Ahiska Turks began to migrate to the republics under Soviet rule.

Roman Huseynov’s parents were one of the families that immigrated to Azerbaijan in 1958. The Huseynov family settled in Yeni Hayat settlement, Khachmaz district, Azerbaijan. Huseynov Roman, son of Nariman was born on February 9, 1974 in Yeni Hayat settlement. He studied at the high school in Yeni Hayat settlement, where he was born and finished high school. After graduating from high school, on August 25, 1992, he joined the Azerbaijan National Army for a term of military service. He returned from military service in May 1994. Armenian aggression against the territorial integrity of Azerbaijan continued. In October 1994, Roman voluntarily joined the Karabakh war. Roman, who served for 4 months, took part in the battles in the direction of Fizuli and went missing.

Martyr Roman Huseynov’s parents are originally from Tsokhtev village, Akhiskha district, Republic of Georgia. We met with Orman Huseynov, the brother of our martyr, who lives in Yeni Hayat settlement, Khachmaz district, and listened to his memories about our martyr:

– My brother served in Nakhchivan for 2 years. After completing his service and returning, following the call of Great Leader Heydar Aliyev, he stood up for the defense of the homeland and joined the Karabakh war. My brother went missing in the battles for the territorial integrity of Azerbaijan. At that time, I was also in the Soviet Army. After returning from military service, I went to the Karabakh war. In 1992, I took part in the battles in the direction of Agdara. Together with my brother, we were in the war against the Armenian aggressors at the same time. But fate made it so that he disappeared and I survived. I experienced such difficult times of the war that I don’t want to remember those days. After returning from the front, I could not recover for 1 year. I have never been afraid of a fight. But I was afraid of the betrayal of our people. It was arbitrary at that time. At such a time, my brother went missing. After some time, he was given the status of a martyr by our state.

Although Martyr Roman is not physically with us, he always lives in the hearts of his loved ones and the people of Azerbaijan. Today, we have a handful of land to live on, and this is thanks to our martyrs. “Martyrs will not die, the homeland will not be divided.”

May God have mercy on all our martyrs!

Хусеинов Роман Нариман Оглу

Семья Хьюсеинова – это просто одна из тысяч семей Ахыска принудительно изгнанной от его исторической родины в 1944 году. Одним из репрессий, реализованных против турок-ахыска Сталина, было введение комендантского часа. В результате этих давлений ахыскинские турки не могли перемещаться из одного места в другое. После смерти Сталина жетские правила начали смягчаться и постепенно отменять. В результате Ахыскинским туркам было разрешено мигрировать в другие страны, кроме Грузии. Ахыскинцы не могли просто мигрировать на свою историческую родину. Таким образом, турки-ахыска начали мигрировать в республики советских властей в 1958-1959 годах.

Родители Романа Хусеинова были одной из семей, которые мигрировали в Азербайджан в 1958 году. Семья Хусеинов поселилась в Азербайджане, регионе Хачмаз. Хусеинов Роман Нариман Олу родился 9 февраля 1974 года в поселении «Йени Хайат». Средняя школа родилась и училась в средней школе в поселке Йени Хайат. После окончания средней школы, 25 августа 1992 года, отправился на военную службу. Он вернулся с военной службы в мае 1994 года. Агрессия армян против территориальной целостности Азербайджана продолжались. В октябре 1994 года роман добровольно присоединился к Карабахской войне. Роман , который отбывал 4 месяца, принял участие в битвах и пропал без вести.

Родители шехида Романа Хусеинова из деревни Цокстев в Республике Грузия, региона Ахыска. Мы слушали воспоминания о нашем шехиде, встретились со своим братом Орманом Хусеиновым, из Хачмазского нашего шехида.

– Мой брат служил в Нахчыване в течение 2 лет. После завершения службы вернулся, и отреагировав на призыв великого лидера Гейдара Алиева поднялся на защиту страны и присоединился к войне в Карабах. Мой брат пропал без вести в битвах за территориальную целостность Азербайджана. В то время я был в советской армии. Вернувшись с военной службы, я пошел на войну в Карабах. Я сам также присутствовал на битвах в направлении Агдере в 1992 году. Мы были в войне с моим братом в то же время против армянских агрессоров. Но история принесла, что он пропал без вести, и я выжил. Я испытал такие трудные периоды, что я не хочу помнить те дни. Вернувшись с фронта, я не мог приехать в себя на 1 год. Я никогда не боялся битвы. Но я боялся нашего предательства. Это было произвол в то время. В это время мой брат пропал без вести. Через некоторое время ему дали статус шехида.

Хотя Роман не среди нас, он всегда живет в сердцах их близких и народа Азербайджана. Сегодня у нас есть горстка земли, которая будет жить в наших шехидах. «Шехиды не умирают, родина не делится».

Да благословит Бог всех наших шехидов!

Seçilmiş məqalə

Back to top button