Digər XəbərlərFəaliyyətimizXəbərlər

ATVİB ofisində İdarə Heyətinin növbəti iclası keçirildi

5 iyun 2022-ci ildə Bakı şəhərində ATVİB-in ofisində gündəmlə bağlı İdarə Heyətinin növbəti iclası keçirildi.

İclasda ATVİB sədri, DATÜB təmsilçisi Xalid Xəlilov, sədr müavini Rüstəm Xəlilov, İdarə Heyətinin üzvləri Mühiddin Xəlilov, Yusif Asimov, Əli Ağəliyev, Əlişir Süleymanov, Fətəlixan Süleymanov, Vəlid Aslanov, Əhməd Tursunov, Yadigar Aslanov, Yusif Qafurov, Zabit Abitov, Süleyman Qəhramanov və Şahismail Abitov iştirak etdi.

İclasın sədri Xalid Xəlilov, katibi isə Rüstəm Xəlilov seçildi.

İclasa sədr Xalid Xəlilovun hesabatı ilə başlanmış, sonra isə Axısxaya dönüş ilə bağlı Gürcüstanın qəbul etdiyi öhdəliklər, sürgün edilən Axısxa türklərinin reabilitasiyasını təmin etmək, əhalinin köç işlərini yerinə yetirmək haqqında fikir mübadilələri aparıldı.

Daha sonra Köç Komissiyasının sədri Ali Ağəliyev çıxış edərək, 1999-cu ildə Gürcüstanın qarşısına qoyulmuş şərtlərə əsasən Axısxalılara repatriasiya qanununun çıxarılmasını tələb etməyin zəruri olduğunu bildirmişdir. Çıxışına 2014-cü ildə Axısxalıların bir qisminə şərtli vətəndaşlıq vermək üzrə Gürcüstanın qəbul etdiyi qərarla davam edən Ali Ağəliyev Axısxalıların bu qərarla Axısxaya dönmədiyini vurğulayıb. Dönüşün həyata keçməməsinin səbəbini verilmiş bu şərtli vətəndaşlıqların eyni ailə içərisində ailə üzvlərinin hamısına deyil də bəzilərinə verilib bəzilərinə verilmədiyini ifadə edərək bu qanun ailə bütövlüyünə zidd olduğunu vurğulayan Köç Komissiyasının sədri Ali Ağəliyev geri dönməyin reallaşmağı üçün beynəlxalq qanunlara uyğun şəkildə vətəndaşlıq verilməsini təmin etmək, Gürcüstanın öhdəliklərini yerinə yetirməsi üçün beynəlxalq təşkilatlara bəyanatla müraciət etmək lazım olduğunu vurğuladı.

Köç ilə əlaqədar olaraq iştirak etmiş 14 üzvün 14-nün də lehinə qərarı ilə konfranslar keçirmək, Gürcüstan Səfirliyi ilə görüşlər keçirmək, tələbnamənin hazırlanması və hüquqşünaslarla birgə bəyanat hazırlamaq barədə qərar qəbul edilib.

İclasın digər mövzuları isə TİKA-dan ATVİB ofisinə kompyuterlərin alınması, Axısxalıların 1944-1958, 1958-2022-ci illərdəki həyatı barədə kitab və video materialların hazırlanması, arxiv yaradılması və materialların kitab halına gətirilərək dövlət orqanlarına təhvil verilməsi, Fərqanə hadisələrinin canlı şahidləri ilə reportajlar aparılması və arxivlənməsi, bölgələrdə kursların açılması, qəzetin nəşriyyatına başlanması və TEKNOFEST iştirakçısı Axısxa türkü gənclərin təqdirə layiq hesab edilməsi müzakirə edildi.

ATVİB İdarə Heyəti olaraq bu iclasın və iclasda alınan qərarların Axısxaya dönüş üçün çox əhəmiyyətli olduğunu bildirərək xalqımızın gələcəyi üçün faydalı olacağını ümid edirik.

Seçilmiş məqalə

Back to top button