ATVİB-in bölgələrdəki Axısxa türkləri ilə görüşləri davam edir
26 mart 2022 tarixində Azərbaycanda yaşayan Axısxa Türklərinin “Vətən” ictimai birliyinin (ATVİB) növbəti iclası ATVİB sədri Xalid Xəlilov, sədr müavini Rüstəm Xəlilov, bölgə rəhbəri Mühiddin Xəlilov, İH-nin üzvləri Həmzə Əliyev, Tofiq Rzayev, Süleyman Qəhramanov, Fətəlixan Süleymanov, Zeynali Binaliyev Ali Bayraqdorov un iştirakı, ilk təşkilat rəhbəri Osman Aslanov və Günəşli təşkilat rəhbəri İsmayıl Sərvərovun təşkilatçılığı ilə Saatlı Rayonu Fətəlikənd qəsəbəsində keçirildi.
İclasda ATVİB XI Ümumi Yığıncağına nümayəndə seçilən Axısxalı Türklər və digər qonaqlar iştirak etdi.
Toplantıda çıxış edən ATVİB sədri Xalid Xəlilov iclas iştirakçılarına birlik tərəfindən son aylarda həyata keçirilən fəaliyyətlər və gələcək planlar haqqında ətraflı məlumat verərək ilk təşkilat rəhbəri Osman Aslanova yeni görəvində
uğurlar arzulayıb.
ATVİB İH olaraq, dəyərli Osman Aslanova Vətənə dönüş yolundakı fəaliyyətlərində uğurlar arzulayırıq.