Bugün Bakının bolşevik işğalından azad edilməsinin 104-cü ildönümüdür
15 sentyabr 2022-ci il tarixində Bakı Türk Şəhidliyində Bakının Qafqaz İslam Ordusu tərəfindən bolşeviklərin işğalından azad edilməsi uğrunda canlarını fəda etmiş şəhidlərimizin anım mərasimi keçirilmişdir.
Tədbir T.C. Bakü Büyükelçiliği/Türkiyənin Azərbaycandakı Səfirliyinin təşkil və iştirakı ilə həyat keçmişdir.
Anım mərasimində Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Cahit Bağcı və səfirliyin əməkdaşları, dövlət rəsmiləri, ordu mənsubları, qazilər, bir sıra QHT nümayəndələri, jurnalistlər, ictimaiyyətin və o cümlədən Azərbaycanda Yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin sədri, Dünya Ahıska Türkleri Birliği – DATÜB Azərbaycan təmsilçisi Xalid Xəlilov, Azərbaycanda Yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin sədr müavini, Dünya Ahıska Türkleri Birliği – DATÜB İdarə Heyətinin üzvü Mövlud Işık, Azərbaycanda Yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin mətbuat katibi Paşaali Paşaaliyev və jurnalist Baxtiyar Rzayev də iştirak etmişdir.
Azərbaycanda Yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyi İdarə Heyəti olaraq, 104 il əvvəl bolşeviklərin işğalı altında olan azərbaycanlı qardaşlarının yardımına gələrək şəhid olan 1130 qəhrəmanımızın, o cümlədən Vətən uğrunda canlarını fəda edən bütün qəhrəmanlarımızın ruhlarını dərin hüzn və hörmətlə yad edir, qazilərimizə uca Allahdan şifa diləyirik.