Digər XəbərlərFəaliyyətimizXəbərlər

ATVİB-in bölgələrdəki Axısxa Türkləri ilə görüşləri davam edir

23 mart 2022-ci il tarixində Azərbaycanda yaşayan Axısxa Türklərinin “Vətən” ictimai birliyinin (ATVİB) növbəti iclası ATVİB İH-nin üzvü və sədr müavini Rüstəm Xəlilovun, Bölgə Rəhbəri Mühiddin Xəlilovun və İdarə Heyyətinin üzvləri Atamşa Məcidov, Yusif Asimov və Ali Bayraqdarovun iştirakı ilə Beyləqan rayonunun Türklər Qəsəbəsində keçirildi.

İclasda ATVİB XI Ümumi Yığıncağında nümayəndə seçilən Axısxalı Türklər və digər qonaqlar iştirak etdi.

Toplantıda çıxış edən ATVİB sədr müavini və idarə heyətinin üzvü Rütəm Xəlilov, iclas iştirakçılarına ATVİB sədri Xalid Xəlilovun salamlarını, “Novruz Bayramı” tabrikini kənd sakinlərinə catdıraraq, birlik tərəfindən son aylarda həyata keçirilən fəaliyyətlər və gələcək planlar haqqında ətraflı məlumat verdi.

Buna əlavə olaraq kənd sakinlərinin ünvanladığı suallar cavablandırılıb və ATVİB haqqında geniş məlumatlandırılmalar edilib.

Seçilmiş məqalə

Back to top button