Axısxalı Türk ŞəhidlərTürk DünyasıXəbərlər

MURADOV ŞAKİR İSMAYIL oğlu

Muradov Şakir İsmayıl oğlu 15 aprel 1973-cü ildə Özbəkistan Respublikasının Səmərqənd vilayətində Pastarqom rayonu, Bıçaqçı kəndində anadan olmuşdur. 1980-1988-ci illər arasında 8 illik orta məktəbi bitirmişdir. 1989-cu ildə Özbək və Axısxalı Türklər arasında baş verən Fərqanə hadisələrindən sonra ailəsi ilə birlikdə Azərbaycana köç etmiş və İsmayıllı rayonu, Qoşakənd kəndində məskunlaşmışdır. 2 il fermada işləmişdir. Daha sonra isə 1990-cı ildə yeni qurulan Azərbaycan Milli Ordusu sıralarına həqiqi hərbi xidmətə getmişdir. İlk hərbi xidmət etdiyi yer Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissə olmuşdur. Orada təlim keçdikdən sonra ermənilərə qarşı Ağdərə, Fizuli istiqamətində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak və 1993-cü ilin fevral ayının 5-də Çıldıran kəndində itkin düşmüşdür. Ölüm səbəbi Məhkəmənin 6 oktyabr 2000-ci il tarixində qanuni qüvvəsini almış qətnaməsi ilə ölmüş elan edilmişdir. Öldüyü yer isə Ağdam rayonu hesab edilmişdir.

Şəhid Muradov Şakir İsmayıl oğlunun İsmayıllı rayonu Təzəkənd kəndində yaşayan qardaşı Muradov İbrahim ilə evlərində görüşdük və şəhidimiz haqqında danışdıq:

– Qardaşımın itkin düşdüyü xəbərini rayon Hərbi Komissarlığından öyrəndik. Bizi çağırdılar dedilər ki, əsgərlərimiz itkin düşüb və onları qurtarmaq mümkün olmayıb. Xidmətindən razı idi. Məzuniyyətə gəlib gedirdi. Əsgər və zabit yoldaşları arasında hörməti var idi. 1993-cü ildə Sürət Hüseynovun batalyonunda yer alıb. Qardaşımın narazılığı yox idi. Onlar 17 nəfər birlikdə itkin düşdülər. Onları partlatmışdılar. O dünyasını dəyişəndə babam sağ idi.

Atam Qəmzəli Muradov İsmayıl 1999-cu ildə, anam Bayramova Güldəstə isə 2004-cü ildə dünyasını dəyişib. Mən qardaşımın arxasıncan döyüş bölgələrinə qədər getmişəm. Əvvəlcə ermənilər qardaşımın cənazəsini almaq üçün pul istədilər amma sonra cənazəsini qaytarmadılar, Şakirin qəbri belə yoxdur.

MURADOV SHAKIR ISMAYIL OGHLU

Muradov Shakir Ismayil oglu was born on April 15, 1973 in the village of Bichaghchi, Pastargom district, Samarkand province of the Republic of Uzbekistan. Between 1980 and 1988, he graduated from 8-year high school. After the events of Ferghana between Uzbeks and Ahiska Turks in 1989, he moved to Azerbaijan with his family and settled in the village of Goshakend, Ismayilli district. He worked on a farm for 2 years. Later, in 1990, he joined the newly established Azerbaijan National Army for active military service. The first place he served in the military was military unit “N” located in the city of Ganja. After training there, he participated in the battles for the territorial integrity of Azerbaijan against the Armenians in the direction of Aghdara, Fizuli, and went missing in Childiran village on February 5, 1993. The cause of death was declared dead by the Court’s resolution on October 6, 2000. The place of his death was considered to be Aghdam region.

We met Muradov Ibrahim, the brother of martyr Muradov Shakir Ismayil`s son, who lives in the village of Tazakand, Ismayilli district, and talked about our martyr:

– We learned about the missing of my brother from the district Military Commissariat. They called us and said that our soldiers were missing and it was not possible to rescue them. He was satisfied with his service. He was coming and going for graduation. He was respected by his fellow soldiers and officers. In 1993, he took part in the battalion of Zehrady Huseynov. My brother was not displeased. 17 of them went missing together. They had blown them up. My grandfather was alive when he died. My father Gamzeli Muradov Ismayil died in 1999, and my mother Bayramova Guldaste died in 2004. I followed my brother to the battlefields. At first, the Armenians asked for money to buy my brother’s funeral, but then they did not return his funeral, Shakir’s grave is not even there.

May God have mercy on all our martyrs.

Мурадов Шакир Исмаил оглы

Мурадов Шакир Исмаил оглы родился 15 апреля 1973 года в селе Бычакчы Пастаргомского района Самаркандской области Республики Узбекистан. В период с 1980 по 1988 год он окончил 8-летнюю среднюю школу. В 1989 году, после событий в Фергане между узбеками и турками-ахыска, вместе с семьей эмигрировал в Азербайджан и поселился в селе Гошакенд Исмаиллинского района. Работал на ферме 2 года. Затем в 1990 году поступил на действительную военную службу в ряды вновь созданной азербайджанской национальной армии. Первым местом военной службы стала воинская часть “Н”, расположенная в городе Гянджа. Пройдя там обучение, участвовал в боях против армян в направлении Агдере, Физули за территориальную целостность Азербайджана и пропал без вести 5 февраля 1993 года в селе Чылдыран. Причина смерти была объявлена постановлением суда от 6 октября 2000 года, которое вступило в законную силу. А местом его смерти считался Агдамский район.

Мы встретились в доме шехида Мурадова Шакира Исмаил оглы с его братом Мурадовым Ибрагимом, проживающим в селе Тазакенд Исмаиллинского района, и поговорили о нашем шехиде:

– Известие о пропаже брата мы узнали из райвоенкомата. Они позвонили нам и сказали, что наши солдаты пропали без вести, и спасти их было невозможно. Он был доволен своей службой. Он приходил и уходил в отпуск. Пользовался уважением среди солдат и офицеров. В 1993 году был зачислен в батальон Сурата Гусейнова. У моего брата не было недовольства. Вместе  пропали без вести 17 человек. Они взорвали их. Когда он скончался, мой дедушка был жив. Мой отец Гамзали Мурадов скончался в 1999 году, а мать Байрамова Гюльдесте в 2004 году. Я преследовал своего брата до полей сражений. Сначала армяне попросили денег, чтобы купить тело моего брата, но потом они не вернули тело, у Шакира даже нет могилы.

Seçilmiş məqalə

Back to top button