Digər XəbərlərFəaliyyətimizXəbərlər

ATVİB tərəfindən məktəblilərə test kitabçaları hədiyyə edilib

ATVİB tərəfindən Şəki rayonu Ə.Namazov adına Şəki kənd tam orta məktəbi şagirdlərinə test kitabçaları hədiyə edildi.

Bugün Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyi sədrinin birinci müavini Yusif Səfərov tərəfindən göndərilən test kitabçaları ATVİB İdarə Heyətinin üzvü, bölgə rəhbəri Lorik Xəlilovun iştirakı ilə şagirdlərə paylanıldı.

Bu addım Şəki rayonu Ə.Namazov adına Şəki kənd tam orta məktəbinin kollektivi və şagirdlər tərəfindən çox böyük sevinc və razılıqla qarşılanaraq, ATVİB sədri Xalid Xəlilov başda olmaqla, bütün İdarə Heyətinə və kitabları təmin etdiklərindən ötrü Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin kollektivinə dərin minnətdarlığını bildirdilər.

Seçilmiş məqalə

Back to top button