22 mart 2022 tarixində Azərbaycanda yaşayan Axısxa Türklərinin “Vətən” ictimai birliyinin (ATVİB) növbəti iclası ATVİB İH-nin üzvü və sədr müavini Şahismayıl Zabitovun təşkilatcılığı ilə Xaçmaz rayonunun Yeni Həyat qəsəbəsində keçirildi.
İclasda ATVİB XI Ümumi Yığıncağına nümayəndə seçilən Axısxalı Türklər və digər qonaqlar iştirak etdi.
Toplantıda çıxış edən ATVİB sədr müavini və idarə heyətinin üzvü Sahismayıl Zabitov, iclas iştirakçılarına ATVİB sədri Xalid Xəlilovun salamlarını çatdıraraq, birlik tərəfindən son aylarda həyata keçirilən fəaliyyətlər və gələcək planlar haqqında ətraflı məlumat verdi.
Daha sonra açıq səs vermə nəticəsində Xalid Qaziyev ATVİBin Xaçmaz rayonu ilk təşkilatının sədri seçildi.
ATVİB İH olaraq, dəyərli Xalid Qaziyevə yeni görəvində uğurlar arzulayırıq.