Digər XəbərlərFəaliyyətimizXəbərlər

Bu gün Professor Doktor Asif Hacılının doğum günüdür

Bu gün Axısxalı türklərin əziz dostu, Axısxa folklorunun toplanması, tədqiqi və nəşrində böyük xidmətləri olan Asif Hacılının doğum günüdür.

Bu münasibətlə Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin ofisində 1 aprel 2022-ci il tarixində ATVİB İH-nin sədri Xalid Xəlilov və sədr müavinləri, İH-nin üzvləri, gənclər və digər qonaqların iştirakı ilə tədbir keçirilib.

Tədbirdə çıxış edənlər Asif Hacılının yaradıcılığı, Axısxa türklərinin folklorunun toplanması, tədqiqi və nəşrindəki xidmətlərindən ötürü təşəkkür ediblər.

Sonda isə ATVİB sədri Xalid Xəlilov tərəfindən, Prof. Dr. Asif Hacılıya ATVİB adından təşəkkürnamə və digər hədiyələr təqdim edilib.

Prof.Dr. Asif Hacılı, ədəbiyyat nəzəriyyəsi, türk folklorunun poetikası, tarixi poetika, müasir ədəbiyyat, mifologiya və folklorşünaslıq üzrə tədqiqatlar aparır, tərcüməçiliklə məşğul olur, mətbuatda ədəbi-tənqidi məqalələrlə çıxış edir.

Elmi yaradıcılığında Borçalı və Axısxa türklərinin folklorunun toplanması, tədqiqi və nəşri xüsusi yer tutur. 1986-cı ildən Borçalı və Axısqa türklərinin folklorunun toplanması ilə məşğuldur. Axısxa türklərinin mifologiyasına, folkloruna, etnik tarix və etnoqrafiyasına həsr olunmuş kitabları türkologiyanın bu sahəsinə aid ilk sanballı əsərlər kimi yüksək qiymətləndirilmişdir. Mütəmadi olaraq, müxtəlif ölkələrdə yaşayan Axısxalı tələbə və gənc mütəxəssislərə Axısxanın tarixinə və etnik mədəniyyətinə dair əyani və onlayn şəkildə elmi məruzələrlə çıxışlar edir. Bu araşdırmalarının nəticəsi olaraq Axısxa türkləri üçün Asif Hacılının kitabları önəmli qaynaq təşkil edir.

ATVİB olaraq Asif müəllimə uzun ömür, can sağlığı və yaradıcılığında müvəffəqiyyətlər arzulayırıq.

Seçilmiş məqalə

Back to top button