Digər XəbərlərFəaliyyətimizXəbərlər

İmişli Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Məhəmməd Aslanov ATVİB&DATÜB ofisini ziyarət etdi

Uzun illər (27 il) Saatlı Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru işləmiş hazırda isə İmişli Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru olaraq peşə fəaliyyətinə davam edən Məhəmməd Aslanov ATVİB ofisimizi ziyarət etdi.

Ziyarətdə Axısxa türkləri ilə bağlı bir sıra məsləhətləşmə aparıldı. ATVİB sədri Xalid Xəlilov, Məhəmməd Aslanovu Hörmətli Səhiyyə Nazirimizin əmri ilə İmişli Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru təyin olunması münasibətilə təbrik etdi.

Olduqca səmimi keçən görüş sonrası birlikdə xatirə şəkli çəkdirildi. Ziyarətinə və dəstəyinə görə Məhəmməd Aslanov həkimimizə təşəkkür edirik.

Seçilmiş məqalə

Back to top button