Digər XəbərlərFəaliyyətimizXəbərlər

“Adıgün Türk Xalq Folklor Kollektivi” Şuşada Axısxa Türklərini təmsil edəcək

01.05.2022-ci il tarixində Sabirabad Regional Mədəniyyət İdarəsinin Saatlı Rayon Nəsimikənd kənd Folklor evinin “Adıgün Türk Xalq Folklor Kollektivi”, “Xarıbülbül” Beynəlxalq Şuşa Festivalına Bakı şəhərində Müslüm Maqomayev adına Filarmoniyada keçirilən kollektivlərə baxış müsabiqəsindən keçərək “Türk Dünyasının Mədəniyyət Paytaxtı” olan Şuşada Cıdır düzündə 12-13-14 May tarixində keçiriləcək Festivalda iştirak etmək üçün haqq qazanıb.

DATÜB və ATVİB İH adından folklor kollektivimizə uğurlar arzulayırıq.

Seçilmiş məqalə

Back to top button