Digər XəbərlərFəaliyyətimizXəbərlər

Axısxalı gənclər “Texnofest 2022” festivalında iştirak etdi

Festivalda Azərbaycanda Yaşayan Axısxa Türklərinin “Vətən” İctimai Birliyinin sədri, DATÜB təmsilçisi Xalid Xəlilov, İdarə Heyətinin üzvləri, Gənclik təşkilatının rəhbəri Kənan İbrahimov, AMEA Fizika İnstitutunun elmi işçisi, Fəlsəfə doktoru Əhməd Asimov, komandamızın mentoru Əhməd Bayraqdarov və komandanın üzvləri gənclərimiz iştirak etdi.

Festivala qatılan gənclərdən ibarət komandanı ATVİB sədri və DATÜB Azərbaycan Təmsilçisi Xalid Xəlilov ziyarət edərək onlara dəstəyini bildirdi.

Komandamızın üzvləri bu layihəyə dəstək olduqları üçün DATÜB Gençlik Kolları rəhbərliyinə, ATVİB sədrinə və dəstəklərini hissetdirdikləri hərkəsə minnətdarlıqlarını dilə gətirdilər.

ATVİB İH olaraq, GreenTech A kateqoriyasında fərqlənərək finala keçməyə haqq qazanan “AHISKA RESEARCHERS” adlı komandamızın finalda yer tutacağına inanır, uğurlu olmağı və müvəffəqiyyətlərinin davamlı olmağını arzu edirik.

Seçilmiş məqalə

Back to top button