Digər XəbərlərFəaliyyətimizManşetXəbərlər

Türkiyə səfiri ATVİB heyətini qəbul etdi

Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Doç.Dr. Cahit Bağcı, Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyi İdarə Heyətinin sədri Xalid Xəlilov rəhbərliyindəki nümayəndə heyətini qəbul etdi.

Səfir Doç. Dr. Cahit Bağcı, Axısxa Türklərini yaxından tanıdığını, Türkistanda və Amerikada yaşayan Axısxa türkləri ilə şəxsən tanış olduğunu deyərək, Türkiyə Prezidenti Recep Tayyip Erdoğanın, Xarici İşlər Naziri Mövlud Çavuşoğlunun Axısxa Türklərinin birləşməsi və güclənməsi üçün dəstək olduqlarını bildirdi.

Doç. Dr. Cahit Bağcı, yeni seçilmiş ATVİB sədri ve İdarə Heyətini təbrik edərək, ATVİB ve DATÜB qurumlarının birləşməsini zəfər olaraq dəyərləndirməklə Türkiyə Cümhuriyyəti olaraq Axısxa Türklərinin vətənə dönmə davasına ve digər fəaliyyətlərdə dəstəklərinin davam edəcəyini ifade etti. Doç. Dr. Bağcı, Axısxa Türklərinin birlik ve bərabərliyinin qorunmasının önəmi, gənclərin təhsilinə dəstəyin artırılması ve digər mövzularda tövsiyyələrini bildirdi.

“Vətən” İctimai Birlyinin sədri Xalid Xəlilov, Axısxa Türklərinin qısa tarixi, Azərbaycana gəlişi ile əlaqədar bilgi verərək, Azərbaycan’ın Axısxa türklərinə ən çətin vaxtlarında sahib çıxdığını vurğuladı. Bir çox toplumlarda olduğu kimi Axısxa Türkləri arasında da son dövrlərdə mövcud olan parçalanmanın millətimizə çox böyük zərər vurduğunu deyən “Vətən” İB-nin sədri Xalid Xəlilov, DATÜB-ün Axısxa Türklərinin ən üst quruluşu olduğunu, Azərbaycanda birlik bərabərlik içərisində DATÜB ilə birlikdə çalışacaqlarını söyledi.

Görüşün sonunda xatirə şəkilləri şəkildi.

Seçilmiş məqalə

Back to top button