Digər XəbərlərFəaliyyətimizXəbərlər

ATVİB Sədri Xalid Xəlilov plaket təqdim edib

24 mart 2022-ci il tarixində Azərbaycanda Yaşayan Axısxa Türkləri ” Vətən” İctimai Birliyi ( ATVİB) Sədri Xalid Xəlilov, I müavin Yusif Səfərov, müavinlərdən Zabit Abitov və İdarə Heyyətinin üzvlərindən Tofiq Rzayev, Fətəlixan Süleymanov və Müzəffər Çalikov Şəmkir rayonu Sarıtəpə kəndində Axısxa Türklərinin dəyərli şairlərindən və Vətənə dönüş mübarizəsində Səmərqandda başlayan mübarizəsinə Azərbaycanda da ATVİB ilə birgə davam edən Mikayıl Əliyevi ziyarət ediblər.

Ziyarətdə dəyərli şairimizin səhhəti ilə maraqlanılıb və Mikayıl Əliyevə ATVİB sədri Xalid Xəlilov rəhbərlik adından Vətənə dönüş uğrunda mübarizəsinə görə plaket təqdim edib.

Seçilmiş məqalə

Back to top button