Digər XəbərlərFəaliyyətimizXəbərlər

ATVİB İdarə Heyətinin İkinci İclası Keçirildi

20 Fevral 2022-ci il tarixində ATVİB ofisində Azərbaycanda Yaşayan Axısxa Türklərinin “Vətən” İctimai Birliyinin sayca ikinci toplantısı keçirildi.

Keçirilən iclasa Bakı şəhərindən və bölgələrdən gələn ATVİB İdarə Heyəti üzvləri ilə birlikdə Qadınlar Şurası və Gənclər təşkilatı üzvləri də qatıldı.

ATVİB İH-nin ikinci iclasının gündəliyindəki ATVİB İH sədri Xalid Xəlilovun hesabatı, bölgə rəhbərlərinin hesabatı, ATVİB İH-nin birinci iclasında (25.12.2021) yaradılmış komissiya rəhbərlərinin hesabatı, ATVİB-in rəsmi mətbu orqanı olan “AXISXA” qəzetinin vəziyyəti haqqında məlumat, ATVİB İH 2021-2024-cü illər üzrə İş Planının müzakirəsi və qəbul edilməsi, Türkiyə Bursları programına müraciət edəcək Axısxalı gənclərin sənədlərinin hazırlanması və göndərilməsinə ücrətsiz dəstək prosesinin vəziyyəti, şuraların seçilməsi və fəaliyyəti haqqında bölgələr üzrə sədr müavini Rüstəm Xəlilovun və bölgə rəhbərlərinin məlumatı, ATVİB-in Əsasnaməsinin hazırlanması ilə bağlı komissiyanın yaradılması, ATVİB İH-nin tərkibində vətənə dönüş məsələləri ilə bağlı Gürcüstan dövlətinin müvafiq qurumları ilə iş qrupunun yaradılması, vətənə dönüş problemlərinin həllində beynəlxalq təşkilatlarla əməkdaşlıq qrupunun yaradılması, Azərbaycandan kənarda, başqa ölkələrdə fəaliyyət göstərən Axısxa türklərinə aid təşkilatlar ilə bağlı iş qrupunun yaradılması və digər cari məsələlər üzrə müzakirələr edildi.

Seçilmiş məqalə

Back to top button