Digər XəbərlərFəaliyyətimizXəbərlər

ATVİB heyəti Türkiyənin Mədəniyyət və Turizm Nazirinin köməkçisi Dr. Serdar Çam və Tika rəsmiləri ilə görüşdü.

ATVİB heyəti Şuşa ili münasibəti ilə ölkəmizdə olan Türkiyənin Mədəniyyət və Turizm Nazirinin köməkçisi Dr. Serdar Çam, Tika rəsmiləri ilə görüşdü.

18 may 2022-ci il tarixində Türkiyə Cumhuriyyətinin Mədəniyyət və Turizm Nazirinin köməkçisi hörmətli Dr. Serdar Çam, Mədəniyyət və Turizm Nazirinin köməkçisinin katibi Hakan Ergün Bəy, TİKA Bakı kordinatoru Fatih Yılmaz Bəy, TİKA Bakı koordinatorunun katibi Ahmet Çanga Bəy, Azərbaycanda Yaşayan Axısxa Türklərinin “Vətən” İctimai Birliyinin (ATVİB) sədri, Dünya Ahıska Türkleri Birliği (DATÜB) təmsilçisi Xalid Xəlilov, ATVİB qadınlar şurasının rəhbəri Gülnara Salayeva, ATVİB Bakı-Abşeron-Sumqayıt bölgə rəhbəri Yusif Asimov, ATVİB mətbuat katibi Paşaali Paşaaliyev və digər ATVİB heyətinin iştirakı ilə Bakıda görüş keçirildi.

Görüşdə Dr. Serdar Çam Xalid Xəlilovu yeni seçimlərdən ötrü təbrik edərək uğurlar arzulayıb. Daha sonra isə birgə fəaliyyətlər həyata keçiriləbiləcəyi, gənclər üçün TİKA ilə birgə yeni layihələr başlanabiləcəyi barədə danışıb.

Sədr Xalid Xəlilov isə şuşa ili münasibəti ilə ölkəmizdə ziyarətdə olan Dr. Serdar Çama təşəkkürlərini bildirərək Birlik haqqında məlumatlar vermişdir. Daha sonra isə gənclərimizin “Teknofest” yarışmasına vəsiqə qazandığı haqqında məlumat verərək, TİKA ilə olan əlaqələrin daha da genişləyəbiləcəyini bildirmişdir.

Xoş əhval ruhiyyə içərisində keçən görüşdən sonra xatirə şəkilləri də çəkildi.

ATVİB İH olaraq bu görüşün səmərəli və faydalı olacağına inanaraq birlikdə yeni layihələrə başlayacağımızı ümid edərək bütün rəsmilərə təşəkkürümüzü bildiririk.

Seçilmiş məqalə

Back to top button