Digər XəbərlərFəaliyyətimizXəbərlər

Axısxalı Milli Qəhrəman İsgəndər Aznaurov şəhadətinin 29-cu ildönümündə məzarı başında anıldı

Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin sədri və DATÜB Azərbaycan Təmsilçisi Xalid Xəlilov, Milli Qəhrəmanın həyat yoldaşı Gülxanım Aznaurova, Birliyin İH-nin, qadınlar və gənclər şurası və bölgələrdən gələn birlik üzvlərinin iştirakı ilə Bakıda Şəhidlər Xiyabanında I Qarabağ Müharibəsi zamanı şəhid olan Milli Qəhrəman, “Topçu İsgəndər” ləqəbi ilə tanınan Axısxa Türkü İsgəndər Aznaurovun şəhadətinin 29-cu ili münasibətilə tədbir keçirilib.

Tədbirdə çıxış edən Xalid Xəlilov, birlik fəalları və milli qəhrəman İsgəndər Aznaurovun döyüş yoldaşları onun haqqında gözəl xatirələrini dilə gətirdilər.

Sonda isə milli qəhrəmanın ruhuna dualar oxunub, xatirəsi yad edilib.

Vətənimiz Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan qardaşlarımıza Allahdan rəhmət diləyirik.

Seçilmiş məqalə

Back to top button