Digər XəbərlərFəaliyyətimizXəbərlər

ATVİB-in bölgələrdəki Axısxa türkləri ilə görüşləri davam edir

25 mart 2022-ci il tarixində Azərbaycanda yaşayan Axısxa Türklərinin “Vətən” İctimai Birliyinin (ATVİB) növbəti iclası ATVİB sədri Xalid Xəlilov, İdarə heyətinin üzvləri Alişir Süleymanov və Müzəffər Çalikovun iştirakı ilə İsmayıllı rayonunda keçirildi.

İclasda ATVİB XI Ümumi Yığıncağında nümayəndə seçilən Axısxalı türklər və bölgələrdən gələn qonaqlar iştirak etdi.

Toplantıda çıxış edən ATVİB sədri Xalid Xəlilov sakinləri salamlayıb, “Novruz Bayramı”nı təbrik edərək birlik tərəfindən son aylarda həyata keçirilən fəaliyyətlər və gələcək planlar haqqında ətraflı məlumat verdi.

Buna əlavə olaraq sakinlərin ünvanladığı suallar cavablandırılıb və ATVİB haqqında geniş məlumatlandırılmalar edilib.

Seçilmiş məqalə

Back to top button