Digər XəbərlərFəaliyyətimizXəbərlər

Bakıda, DATÜB&ATVİB Gənclər Təşkilatımızın üzvləri olan Bakıda təhsil alan Axısxalı türk tələbələrlə görüş keçirilib

DATÜB Gənclər Təskilatının Azərbaycan Təmsilçisi ve ATVİB Gənclər təşkilatının sədri Kənan İbrahimlinin təskilatçılığı ilə keçən görüşün əsas məqsədi ilkin olaraq, Bakıda təhsil alan bütün Axısxa türkü gənclərin təşkilatımızın ətrafında sıx bir şəkildə toplanması, rayonlarda təhsil alan şagirdlərə birliyimiz haqqında məlumat vermək və gələcəkdə həyata keçiriləcək layihələrin müzakirəsi olub.

Buna əlavə olaraq, DATÜB Gənclər Təşkilatının dəstəyi ilə həyata keçiriləcək, vətənimiz Axısxa haqqında “Bilik Yarışı” layihəsi haqqında fikir mübadiləsi edilib.

Daha sonra isə Azərbaycanda fəaliyyət göstərən digər gənclər təşkilatları ilə əməkdaşlıq etmək, birlikdə həyata keçiriləbiləcək layihələr və fəaliyyətlər haqqında müzakirələr aparılıb.

Seçilmiş məqalə

Back to top button