Digər XəbərlərFəaliyyətimizXəbərlər

İsgəndər Aznaurov 66-cı doğum günündə məzarı başında anıldı

I Qarabağ müharibəsi şəhidi, Milli Qəhraman, Axısxa türkü “Topçu” İsgəndər kimi tanınan İsgəndər Aznaurov 66-cı doğum günündə məzarı başında anıldı.

ATVİB sədri və DATÜB Azərbaycan təmsilçisi Xalid Xəlilov, sədr müavini və DATÜB İH üzvü, Ankara Hacı Bayram Veli Üniversitesi İletişim Fakültesi doktorantı Mövlud Işık, İH üzvü və Bakı-Abşeron-Xızı üzrə bölgə nümayəndəsi Yusif Asimov, dəyərli ziyalımız, hər zaman Axısxa davasında ön sıralarda olan Alimcan Bayramov , mətbuat katibi Paşaali Paşaaliyev iştirakı ilə Milli Qəhrəman İsgəndər Aznaurov məzarı başında anıldı, şəhidimizin ruhuna dualar edilərək əziz xatirəsi yad edildi.

ATVİB İdarə Heyəti olaraq, Milli Qəhraman İsgəndər Aznaurova uca Allahdan rəhmət diləyirik.

Allah bütün şəhidlərimizə rəhmət etsin!

Seçilmiş məqalə

Back to top button