Digər XəbərlərFəaliyyətimizXəbərlər

Dünya Ahıska Türkleri Birliği (DATÜB) Bakıda şəhid və qazi ailələri üçün iftar təşkil etdi

23 aprel 2022-ci il tarixində Bakı şəhərində Dünya Ahıska Türkleri Birliği (DATÜB) və Azərbaycanda Yaşayan Axısxa Türklərinin “Vətən” İctimai Birliyinin (ATVİB) təşkilatçılığı ilə ənənəvi iftar süfrəsi açıldı.

İftar süfrəsinə Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Doç. Dr. Cahit Bağcı, Yurtdışı Türklər və Qohum Topluluqlar Başqanlığı Başqan Yardımcısı Sait Yusuf, DATÜB sədri Ziyatdin Kassanov, AK Parti İstanbul Millətvəkili və Türkiyə Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım, Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı, Milli Məclisin Əmək və sosial müdafiə və Mədəniyyət Komitələrinin və Toponomiya komissiyasının üzvü Əziz Ələkbərli, Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin sədri Xalid Xəlilov, DATÜB Baş Katibi Fuat Uçar, Ahıska qəzeti və Türk Birliyi jurnalının baş redaktoru Rövşən Məmmədoğlu, Axısxa türklərinin mifologiyasına, folkloruna, etnik tarix və etnoqrafiyasına həsr olunmuş kitabları ilə Axısxalıların əziz dostu filologiya elmləri doktoru, professor Asif Hacılı, SOCAR nümayəndələri, Milli Qəhramanlar və Qazilər Şurası rəhbərləri, media və QHT nümayəndələri, şəhid ailələri, qazilər, 14 noyabr 1944 Ahıska Sürgünü canlı şahidləri, birliyin qadınlar, gənclər şöbəsinin üzvləri ilə yanaşı, Saatlı, Sabirabad, Quba, Xaçmaz, Şabran, Gəncə, Şəmkir, İsmayıllı, Yevlax, Şəki, Goranboy, Samux, Zaqatala və Axısxa Türklərinin toplum halda yaşadıqları digər bölgələrdən gələn 250 nəfər iştirak etdi.

Quranı Kərim oxunması ilə başlayan iftar süfrəsində Dünya Ahıskalı Türklər Birliyinin fəaliyyətindən bəhs edən təqdimat filmi izlənildi.

Tədbirdə çıxış edənlər DATÜB və ATVİB olaraq inşa edilən birlik və bərabərliyinin önəminə diqqət çəkərək, Axısxa türklərinin ana hədəfi uğrunda daha böyük işlərin sadəcə bu birlik ətrafında sıx birləşərək həyata keçirilə biləcəyini vurğuladılar.

Sonda isə, Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Doç. Dr. Cahit Bağcı, DATÜB sədri Ziyatdin Kassanov, ATVİB sədri və DATÜB Azərbaycan Təmsilçisi Xalid Xəlilov və digər rəsmilər başda şəhid ailələri və qazilər olmaqla iftar süfrəsində iştirak edən qonaqlarla xatirə şəkilləri çəkdirdi.

ATVİB İH olaraq belə tədbirlərin millətimizin birlik və bərabərliyinin təşkilində önəmli yeri olduğunu bildirərək verilən iftar yeməyinin qəbul olmağını ümid edir, iştirak edən hərkəsə minnətdarlığımızı bildiririk.

Seçilmiş məqalə

Back to top button