Axısxalı Türk ŞəhidlərDigər XəbərlərXəbərlər

FƏZLİYEV QƏDİM FƏZLİ oğlu

Fəzliyev Qədim Fəzli oğlu 1953-cü ildə Özbəkistan Respublikası Əndican vilayətinin Paytok rayonunda anadan olmuşdur. 1959-cu ildə valideynləri ilə birlikdə Azərbaycan Respublikasına köç etmişdir. Əvvəlcə Yevlax rayonunda, sonra Qax rayonunda, daha sonra isə Saatlı rayonunda məskunlaşmışdır. 1961-ci ildə XXI partiya qurultayı adına 8 illik məktəbin I sinfinə qəbul olmuşdur.

Q. Fəzliyev 1962-ci ildə valideynləri ilə birlikdə köçüb Beyləqan rayonuna getmişdir. Orada təhsilini davam etdirən Qədim 1969- cu ildə Beyləqan rayonunun Türklər kənd 8 illik məktəbini bitirmişdir. 1971-1973-cü illərdə Sovet ordusunda həqiqi hərbi xidmət keçmişdir. Ordu sıralarından qayıtdıqdan sonra sovxozda fəhləlik etmişdir.

Qədim Fəzliyev 1978-ci ildə valideynləri ilə birlikdə yenidən Saatlı rayonunun Varxankənd kəndinə qayıtmışdır. Elə həmin ildən XXI partiya qurultayı adına kolxozda mexanizator işləmişdir. 1980-ci ildə ailə həyatı qurmuşdur. 1984-cü ildə Qədim öz ailəsi ilə birlikdə köçüb Gürcistan Respublikasının Zuqdidi rayonuna getmişdir. 1991-ci ildə Gürcüstanda hakimiyyətə gələn Qamsaxurdiyanın yürütdüyü etnik təmizləmə siyasəti nəticəsində orada yaşayan bütün etnik azlıqların nüayəndələri kimi Qədim də ordan öz ailəsi ilə birlikdə çıxarılmışdır. Odur ki, o, ailəsi ilə birlikdə yenidən Azərbaycana qayıtmalı olmuşdur. Bir çox qaçqın və köçkünlər kimi Qədim də Xocalı şəhərində məskunlaşdırılmışdır.

1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni işğalçılarının Xocalı şəhərində həyata keçirdikləri dəhşətli soyqırım nəticəsində onlarla Azərbaycanlı həlak oldu, onlarla insanımız əsir düşdü və yaralandı. Qədimin həyat yoldaşı Məhrəbət xanım o ağrılı-acılı günləri belə xatırlayır:

– Həmin gecə Xocalıda gecə səhərə kimi şaxtalı havada qarlı meşəni dolaşaraq bələdçi ilə Ağdama yaxınlaşdıq. Aşırıma çatanda Qədim dedi ki, ö görünən əsgərlər bizimkilərdir. Bizi əsgərlər görünən tərəfə göndərdi. Özü isə geriyə qayıtdı ki, Qədimin adaşı olan, ağsaqqal kişi qonşumuz Qədimə kömək etsin. Çünkü onun bir ayağı da şikəst idi. Bu zaman pusquda duran ermənilər atəş açmağa başladılar. Biz qaçıb canımızı qurtara bildik. Ermənilər geridə qalanları əsir tutub apardılar. Üç aydan sonra qonşumuz Qədim kişi Ağdam batalyonunun cəsur oğlu Allahverdi tərəfindən azad edildi. Qədim kişi deyirdi ki, bizi Xankəndinə əsir apardılar. Qədim də mənimlə birlikdə idi. O, özünün əynində olan qalın jaketini çıxardıb girov düşmüş uşağın birinə verdi ki, o, soyuqdan donmasın. Biz neçə gündən sonra bizi ayırdılar. Mən ondan ayrıldıqdan sonra da bir dəfə yenə gördüm. Ondan sonra ondan heç bir xəbərim yoxdur.

İtkin Qədimin taleyi ilə onun böyük qardaşı Kazım kişi, qaynı Kamal və Təməl müəllim çox maraqlandılar. Lakin bu günə qədər Qədimin sonrakı taleyi haqqında heç bir məlumat əldə edə bilmədilər. 

Q. Fəzliyevin ailəsi daha sonra qohumlarının da yaşadıqları Saatlı rayonunun Varxankənd kəndinə yerləşdilər. Onun İslam və Ruslan adlı iki oğlu yadigar qaldı. Hər iki oğlu 90-cı illərdə Varxankənd orta məktəbində təhsil alaraq orta təhsillərini yaxşı qiymətlərlə başa vurdular. Daha sonra isə İslam, Ruslan və anası Məhrəbət xanım Türkiyə Respublikasının Bursa şəhərinə köç etmişdir.

Allah vətən uğrunda şəhid olan bütün vətən övladlarına rəhmət etsin!

Fazliyev Qadim Fazli oghlu

Fazliyev Gadim Fazli oglu was born in 1953 in Paytok district of Andijan province of the Republic of Uzbekistan. In 1959, he moved to the Republic of Azerbaijan with his parents. He first settled in Yevlakh district, then in Gakh district, and later in Saatli district. In 1961, he was admitted to the first class of the 8-year school named after the XXI party congress.

G. Fazliyev moved with his parents to Beylagan district in 1962. Continuing his education there, Gadim graduated from the Turkler village 8-year school of Beylagan district in 1969. In 1971-1973, he served in the Soviet army. After returning from the army, he worked in the state farm.

In 1978, Gadim Fazliyev returned to Varkhankend village of Saatli district together with his parents. From the same year, he worked as a mechanic at the collective farm named after the XXI Party Congress. He got married in 1980. In 1984, Gadim moved with his family to Zugdidi region of the Republic of Georgia. As a result of the ethnic cleansing policy carried out by Gamsakhurdia, who came to power in Georgia in 1991, Gadim and his family were removed from there, as well as representatives of all ethnic minorities living there. Therefore, he had to return to Azerbaijan with his family. Like many refugees and displaced people, Gadim was settled in Khojaly.

On the night of February 25-26, 1992, dozens of Azerbaijanis were killed, dozens of our people were captured and injured as a result of the terrible genocide carried out by the Armenian invaders in the city of Khojaly. Gadim’s wife Mehrabat khanim remembers those painful days like this:

– That night in Khojaly, we walked through the snowy forest in frosty weather until morning and approached Agdam with a guide. When we reached the extreme, the Ancient One said that the soldiers who appeared were ours. The soldiers sent us to the visible side. He himself returned to help our elder male neighbor, who is the namesake of Gadim. Because one of his legs was crippled. At that time, the Armenians who were lying in wait started shooting. We managed to escape and save our lives. The Armenians captured and took away those who remained behind. After three months, our neighbor was freed by Allahverdi, a brave son of the Ancient man Aghdam battalion. An ancient man said that they took us captive to Khankendi. Gadim was with me. He took off his thick jacket and gave it to one of the hostages so that he wouldn’t freeze. We were separated after a few days. I saw him once again even after I left him. I don’t know anything about him after that.

His elder brother Kazim, brother-in-law Kamal and teacher Tamal were very interested in the fate of the missing Ancient. But so far they have not been able to get any information about the further fate of the Ancient One.

G. Fazliyev’s family later settled in Varkhankend village of Saatli district, where his relatives also live. His two sons, Islam and Ruslan, remained a memory. Both sons studied at Varkhankand secondary school in the 90s and completed their secondary education with good grades. Later, Islam, Ruslan and his mother Mehrabat moved to Bursa, Republic of Turkey.

May God have mercy on all the children of the country who were martyred for the sake of the country!

Фазлиев Гадим Фазли оглы.

Фазлиев Гадим Фазли оглы родился в 1953 году в Пайтокском районе Андижанской области Республики Узбекистан. В 1959 году вместе с родителями переехал в Азербайджанскую Республику. Сначала он поселился в Евлахском районе, затем в Гахском районе, а затем в Саатлинском районе. В 1961 году он был принят в первый класс 8-летней школы имени XXI съезда партии.

Г.Фазлиев переехал с родителями в Бейлаганский район в 1962 году. Продолжая обучение там, Гадим в 1969 году окончил 8-летнюю школу села Тюрклер Бейлаганского района. В 1971-1973 годах служил в Советской Армии. После возвращения из армии работал в совхозе.

В 1978 году Гадим Фазлиев вместе с родителями вернулся в село Варханкенд Саатлинского района. С этого же года работал слесарем в колхозе имени XXI съезда партии. Он женился в 1980 году. В 1984 году Гадим с семьей переехал в Зугдидский район Республики Грузия. В результате политики этнических чисток, проводимой Гамсахурдиа, пришедшим к власти в Грузии в 1991 году, оттуда были выселены Гадим и его семья, а также представители всех проживающих там национальных меньшинств. Поэтому ему пришлось вернуться в Азербайджан вместе с семьей. Как и многие беженцы и вынужденные переселенцы, Гадим поселился в Ходжалы.

В ночь с 25 на 26 февраля 1992 года в результате страшного геноцида, осуществленного армянскими оккупантами в городе Ходжалы, десятки азербайджанцев были убиты, десятки наших людей попали в плен и получили ранения. Жена Гадима Мехрабат ханум вспоминает те тяжелые дни так:

– В ту ночь в Ходжалы мы шли по заснеженному лесу в морозную погоду до утра и подошли к Агдаму с проводником. Когда мы дошли до крайности, Древний сказал, что появившиеся воины наши. Солдаты отправили нас на видимую сторону. Он сам вернулся, чтобы помочь нашему старшему соседу-мужчине, который является однофамильцем Гадима. Потому что одна из его ног была искалечена. В это время затаившиеся в засаде армяне начали стрелять. Нам удалось сбежать и спасти свою жизнь. Армяне захватили и увезли тех, кто остался. Через три месяца нашего соседа освободил Аллахверди, отважный сын Агдамского отряда Древних. Древний человек сказал, что нас взяли в плен в Ханкенди. Гадим был со мной. Он снял свою толстую куртку и отдал одному из заложников, чтобы тот не замерз. Нас разлучили через несколько дней. Я увидел его еще раз, даже после того, как ушел от него. После этого я ничего о нем не знаю.

Судьбой пропавшего Древнего очень интересовались его старший брат Казим, Камал и учитель Тамал. Но пока никакой информации о дальнейшей судьбе получить не удалось.

Позже семья Г.Фазлиева поселилась в селе Варханкенд Саатлинского района, где проживают и его родственники. Два его сына, Ислам и Руслан, остались в памяти. Оба сына в 90-е годы учились в Варханкандской средней школе и закончили среднее образование с хорошими оценками. Позже Ислам, Руслан и его мать Мехрабат переехали в Бурсу, Турецкая Республика.

Да помилует Господь всех детей страны, погибших за родину!

Seçilmiş məqalə

Back to top button