ATVİB-in bölgələrdəki Axısxa türkləri ilə görüşləri davam edir
28 mart 2022 tarixində Azərbaycanda yaşayan Axısxa Türklərinin “Vətən” ictimai birliyinin (ATVİB) növbəti iclası ATVİB İH-nin üzvü və sədr müavini Rüstəm Xəlilov, bölgə rəhbəri Mühiddin Xəlilov, və ilk təşkilat rəhbəri Bahadur bəy və Aydın Tahirovun iştirak və təşkilatçılığı Saatlı rayonunun Qaranuru və Əbilkənd sakinləri ilə keçirildi.
İclasda ATVİB XI Ümumi Yığıncağına nümayəndə seçilən Axısxalı Türklər və digər qonaqlar iştirak etdi.
Toplantıda çıxış edən ATVİB sədr müavini və idarə heyətinin üzvü Rüstəm Xəlilov, iclas iştirakçılarına ATVİB sədri Xalid Xəlilovun salamlarını çatdıraraq, birlik tərəfindən son aylarda həyata keçirilən fəaliyyətlər və gələcək planlar haqqında ətraflı məlumat verərək ilk təşkilat rəhbərilərinə vətənə dönüş mübarizəsində uğurlar arzuladı.
ATVİB İH olaraq, dəyərli ilk təşkilat rəhbərlərinə yeni görəvlərində uğurlar arzulayırıq.