Axısxalı Türk ŞəhidlərTürk DünyasıXəbərlər

MƏMMƏDOV HABİL BƏHSƏT oğlu 

“BİR HABİLİ GÖRSƏYDİM DƏ ÖLSƏYDİM…”- ŞƏHİD ANASI!

Məmmədov Habil Bəhsət oğlu, 1974-cü il aprel ayının 4-də Saatlı rayonunun Fətəlikənd kəndində anadan olmuşdur. Orta təhsilini də elə doğulub, boya başa çatdığı kənd olan Fətəlikənddə almışdır. Peşə məktəbində sürücü olmaq üçün oxuyurdu. Daha məktəbi bitirməmiş Saatlı rayonu hərbi komissarlığından həqiqi hərbi xidmətə çağrılan Habil Məmmədov 1992-ci il iyun ayında hərbi xidmətə yollandı. Fizuli rayonunun Qacar kəndi istiqamətində gedən döyüşlərdə iştirak edən Habil Məmmədov, 1993-cü il aprel ayının 2-də itkin düşüb. Hərbi xidmətdə olduğu müddətdə artilleriyada xidmət etmişdir.

Şəhidimizin ailəsini Saatlı rayonu Fətəlikənd kəndində ziyarət edərək qardaşı ilə həmsöhbət olduq. O, Habil haqqında belə deyir:

– 1993-ci ilin 31 dekabr tarixində Füzuli rayonunun Qacar kəndi ermənilər tərəfindən işğal edildi. Biz isə aprel ayının 2-də artıq o bölgəyə getdik və qardaşımı axtarmağa başladıq. Yerli insanlardan aldığım məlumata görə qardaşım Habil hərbi maşın ilə toplara mərmi daşıyırdı. Habil və onunlar birlikdə olan 11 nəfər heyət növbə dəyişməyə getmiş amma bir daha geri qayıtmamışlar. Biz bir neçə dəfə həmin bölgəyə getməyimizə baxmayaraq onun haqqında heçbir məlumat ala bilmədik. Nə maşın nə də heyətdən bir xəbər yoxdur. Fikirləşirəm ki, maşın mərmi yüklü olduğu üçün, əgər maşın vurulubsa ordan heç kim sağ çıxmazdı. Milli Təhlükəsizlik Nazirliyinin qəbuluna da getdik. Ordakı şəkillərdəki axtarışlarımız da nəticə vermədi. Evimizin girəcəyinə darvaza qoymaq istəyirdim amma anam bəlkə bir gün Habil birdən çıxıb gələr, onu görərəm düşüncəsiylə həyətə darvaza qoydurmadı. Oturub yola baxardı hər zaman.

Bu yerdə Habil haqqında xatirələrini bizimlə paylaşan onu yaxından tanıyan Məmməd Şamilov deyir:

– Habilgil hərbi xidmətdə olanda biz Daxili İşlər Nazirliyinin əmri ilə o bölgəyə ezamiyyətə göndərilmişdik. O vaxt Habilgil Qacar kəndində məktəbdə qalırdılar. Daha sonra isə başqa bir evdə qalmağa başladılar. Mən hər ezamiyyətə getdiyim zaman onların yanlarına gedirdim. Onlara təzə paltar və ərzaq aparırdım. Orada Habil ilə birliktə Məcid də var idi. Kəndə hər gəldiyimdə Habilin anası məni qucaqlayar və mənə təşəkkür edərdi Habildən xəbər gətirdiyim üçün. Habil itkin düşdüktən sonra isə mən deyirdi ki, niyə artıq Habildən xəbər gətirmirsən? Hə olacaq deyirdik ama artıq bir xəbər olmayacağını biz də bilirdik. Habilin anası ağlaya ağlaya gözləri görməz oldu. Bir Habili görsəydim də, ölsəydim deyirdi.

Allah rəhmət etsin!

MAMMADOV HABIL BAHSAT oglu

“I WOULD LOVE TO DİE TO SEE HABİL ONE MORE TİME…” – MARTYR’S MOTHER!

Mammadov Habil Bahsat`s son was born on April 4, 1974 in Fatalikand village of Saatli district. He received his secondary education in Fatalikand, the village where he was born and graduated. He was studying to become a driver at a vocational school. Habil Mammadov, who was called to active military service by the military commissariat of Saatli district before finishing school, went to military service in June 1992. Habil Mammadov, who took part in the fighting in the direction of Qajar village of Fizuli region, went missing on April 2, 1993. During his military service, he served in the artillery.

We visited the family of our martyr in the village of Fatalikand, Saatli district, and talked with his brother. This is what he says about Habil:

– On December 31, 1993, Qajar village of Fuzuli region was occupied by Armenians. We already went to that region on April 2 and started looking for my brother. According to the information I received from local people, my brother Habil used to carry shells to cannons in a military vehicle. Habil and the 11 people who were with them went to change shifts but never came back. Although we visited that region several times, we could not get any information about him. There is no news about the car or the crew. I think that because the car was loaded with shells, if the car was hit, no one would have survived. We also went to the reception of the Ministry of National Security. Our searches in the pictures there did not yield results either. I wanted to put a gate on the entrance to our house, but my mother didn’t put a gate on the yard, thinking that maybe one day Habil will come out and see him. He always sat and looked at the road.

Mammad Shamilov, who knows him well, who shares his memories about Habil with us, says:

– When Habilgil was in military service, we were sent to that region by order of the Ministry of Internal Affairs. At that time, they were staying at school in the village Qajar. Later, they started staying in another house. I went to them every time, I went on a business trip. I brought them new clothes and food. Majid was there with Habil. Every time I came to the village, Habil’s mother would hug me and thank me for bringing news about Habil. After Habil went missing, I said, “Why don’t you bring news from Habil anymore?” We said yes,there will be some news, but we also knew that there would be no more news. Habil’s mother was crying and losing her sight. He used to say that if I had seen an Habil, I would have died.

May God have mercy on our martyr!

Мамедов Хабиль БАХСАТ оглы

“ХОТЬ БЫ ТОЛЬКО ОДИН РАЗ Я ВИДЕЛА БЫ ГАБИЛЯ, ТОГДА БЫ УМЕЛА…- МАТЬ-ШЕХИДА!

Мамедов Хабиль Бахсат оглы родился 4 апреля 1974 года в селе Фаталикенд Саатлинского района. Среднее образование получил в Фаталикенде, селе, где и родился. Он учился в профессионально-техническом училище, чтобы стать водителем. Не окончив школу, Хабиль Мамедов, призванный на действительную военную службу из военного комиссариата Саатлинского района, в июне 1992 года поступил на военную службу. Хабиль Мамедов, участвовавший в боях в направлении села Гаджар Физулинского района, пропал без вести 2 апреля 1993 года. Во время службы в армии служил в артиллерии.

Мы посетили семью шехида в селе Фаталикенд Саатлинского района и побеседовали с его братом. Вот что он говорит о Хабиле:

-31 декабря 1993 года всело Гаджар Физулинского района было оккупировано армянами. А мы уже 2 апреля поехали в этот район и начали искать моего брата. По информации, которую я получил от местных жителей, мой брат Хабиль перевозил снаряды к пушкам на военной машине. Хабиль и 11 человек, с которыми они были вместе, пошли сменить команду, но больше никогда не возвращались. Несмотря на то, что мы несколько раз ездили в этот регион, мы не смогли получить о нем никакой информации. Нет новостей ни от машины, ни от экипажа. Я думаю, что, поскольку машина заряжена снарядами, никто бы не выжил, если бы машина была сбита. Мы также пошли на прием в Министерство национальной безопасности. Наши поиски изображений там тоже не дали результатов. Я хотел поставить ворота, чтобы войти в наш дом, но моя мать не поставила ворота во двор с мыслью, что, может быть, однажды Хабиль внезапно выйдет и придет, и я увижу его. Он сидел и смотрел на дорогу все время.

Об этом месте говорит Мамед Шамилов, который его близко знал, который поделился с нами своими воспоминаниями о Хабиле:

– Когда Хабиль был на военной службе, мы по приказу Министерства внутренних дел были отправлены в командировку в этот регион. В то время они оставались в школе в деревне. Однако позже они стали жить в другом доме. Я ходил к ним каждый раз, когда уезжал в командировку. Я нес им свежую одежду и еду. Там был и Меджид вместе с Хабилем. Каждый раз, когда я приезжал в деревню, мать Хабиля обнимала меня и благодарила за то, что принесла мне новости от Хабиля. И после того, как Хабиль пропал без вести, я сказал: Почему ты больше не приносишь новости от Хабиля? Мы говорили, что да будет, но мы также знали, что новостей больше не будет. Мать Хабиля плакала, и ее глаза ослепли. Она говорила, что хоть бы я увидела Хабиля, потом бы умерла.

Да благославит Аллах!

Seçilmiş məqalə

Back to top button