Digər XəbərlərFəaliyyətimizXəbərlər

Azərbaycan Universitetində Axısxalı ziyalılar və şairlər ilə görüş keçirildi

12 may 2022-ci ildə keçirilən tədbirə Azərbaycanda Yaşayan Axısxa Türklərinin “Vətən” İctimai Birliyi də dəvət olundu.

Tədbirdə Filologiya elmləri namizədi, dosent, Dekan Səfər Məmmədov, Filologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri Ülviyyə Rəhimova, filologiya elmləri doktoru, professor, Asif Hacıyev, Azəarbaycanda Yaşayan Axısxa Türklərinin “Vətən” İctimai Birliyinin (ATVİB) sədr müavini Rüstəm Xəlilov, ATVİB İH-nin üzvü və bölgə rəhbəri Mühiddin Xəlilov, Azərbaycanın Əməkdar Mədəniyyət işçisi, Azərbaycan Respublikasının Yazıçılar Birliyinin üzvü, ATVİB-in ağsaqqallar şurasının sədri, şair, filoloq Cabir Xalidov, Azərbaycan Respublikasının Yazıçılar Birliyinin üzvü, şair Həmdi Ayvazov, ATVİB Bakı-Abşeron-Sumqayıt bölgə rəhbəri Yusif Asimov, Saatlı Rayonunun Şirinbəy kənd tam orta məktəbinin direktoru və ATVİB fəallarından olan Daşdəmir Ulfanov, ATVİB mətbuat katibi Paşali Paşaliyev, Dünya Ahıska Türkleri Birliği (DATÜB) dəstəyi ilə Türkiyədən “Axısxalı Aydın Qadınlar” mövzusunda tədqiqat aparmaq üçün gələn qonaqlar, müəllimlər və tələbələr iştirak etdi.

Tədbirin açılış çıxışını Professor Asif Hacıyev etdi. Çıxışı zamanı Axısxa türkləri haqqında ümumi məlumatlar verən Asif Hacıyev Axısxa Türklərinin hər zaman milli adət ənənəyə bağlı olduqlarını, vətənpərvər olduqlarını, bir neçə sürgün gördüklərini daha sonra isə Azərbaycanda məskunlaşdıqdan sonra Azərbaycanlılar ilə necə qardaş münasibətləri qurduqlarını vətən uğrunda gedən hər döyüşdə böyük şücaətlə iştirak etdiklərini bildirərək, daha sonra isə tədbirdə iştirak edən Axısxalı ziyalıları və şairləri tanıdıb.

Filologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri Ülviyyə Rəhimova isə çıxışında Axısxa Türkü ziyalıların və şairlərin tədbirdə iştirakının tələbələrin tədqiqatları üçün çox mühim rol oynadığını bildirib.

Daha sonra ATVİB İH-nin üzvü və sədr müavini Rüstəm Xəlilov çıxış edərək tədbirə dəvət olunduqları üçün böyük məmnuniyyət hissi daşıdıqlarını, ATVİB İH-nin sədri, DATÜB təmsilçisi Xalid Xəlilovun salamlarını catdırdı.

Rüstəm Xəlilov, Axısxa türkləri haqqında məlumatlar verərək, birinci Qarabağ müharibəsi və Vətən müharibəsi şəhidlərindən, milli qəhrəmanımız İsgəndər Aznaurov haqqında məlumatlar verdi. Çıxışının sonunda Rüstəm Xəlilov Dekan Səfər Mehdiyevə ATVİB-in sədr müavini Mövlud İşıkın qələmə aldığı “Axısxalı Şəhidlər” və Cabir Xalidovun “Yurda Dua Etmedikçe” kitabını hədiyyə etdi.

Sonrakı çıxışda Dekan Səfər Məmmədov isə öz növbəsində iştirakçıları salamlayaraq, Axısxa Türklərinin Azərabaycanı öz vətənləri kimi qəbul etdiklərini, öz milli dəyərlərini sürgünlərə rəğmən qoruyub saxladıqlarını dilə gətirib.

ATVİB İH-nin üzvü və Bölgə rəhbəri Mühiddin Xəlilov Axısxa Türklərinin milli adət ənənələrə və türkçülüyə sadiq olduqlarını, gənclərin vətənpərvər ruhda yetişdiklərini və bunu həm birinci Qarabağ döyüşlərində həm də Vətən müharibəsində göstərdiklərini söyləyərək sonra isə tədbirdə iştirak edən Axısxa türkü şairlərimiz haqqında da məlumatlar verib.

Daha sonra isə Azərbaycanın Əməkdar Mədəniyyət işçisi, Azərbaycan Respublikasının Yazıçılar Birliyinin üzvü, ATVİB-in ağsaqqallar şurasının sədri, şair, filoloq Cabir Xalidov Axısxa türklərinin Azərbaycanda çox böyük hörmət gördüklərini, Axısxalı yazıçıların və şairlərin əsərlərinə göstərilən diqqət və qayğıdan ötrü təşəkkürlərini bildirərək Axısxa türkləri haqqında geniş məlumatlar olan və əsl elmi qaynaq kimi olan Asif Hacıyevin kitabları olduğunu bildirmişdir. Asif Hacıyevə bütün Axısxa türkləri adına təşəkkürlərini bildirib və bir neçə şeirlər səsləndirdi. Çıxışının sonunda müəllifi olduğu “Yurda Dua Etmedikçe” kitabını kafedra müdiri Ülviyyə Rəhimovaya hədiyyət etdi.

Azərbaycan Respublikasının Yazıçılar Birliyinin üzvü, şair Həmdi Ayvazov da öz növbəsində bütün iştirakçıları salamalayaraq çıxışında tədbirin qonağı oluğu üçün məmnun olduğunu bildirib. Sonra isə milli vətənpərvərlik ruhu içərisində bir neçə şeirlər səsləndirib.

Sonda isə çıxış edən Saatlı Rayonunun Şirinbəy kənd tam orta məktəbinin direktoru , ATVİB fəalı Daşdəmir Ulfanov tədbirin Axısxa türkləri və Azərbaycanlılar üçün birləşdirici, ruhlandırıcı və gücləndirici rol oynadığını ifadə edib.

Tədbirin sonunda Cabir Xalidov öz imzası ilə tələbələrə kitablar hədiyyə etdi, sonrasında isə xatirə şəkilləri çəkildi.

Seçilmiş məqalə

Back to top button