Axısxalı Türk ŞəhidlərDigər XəbərlərXəbərlər

FƏRQANƏDƏN XOCALIYA…!

Gülali Binaliyev: “Erməni mənə sual verdi ki, Siz Axısxa Türkləri nə üçün Azərbaycana gəldiniz?”

77 yaşlı Gülali Binaliyev 1989-cu ildə Özbəkistanın Fərqanə vilayətində, özbək və axısxa türkləri arasında baş verən dəhşətli hadisələrindən sonra Azərbaycana köç edən minlərlə axısxa türkündən sadəcə biridir. Tarixi vətənlərindən sürgünün acısı keçmədən, 

yenidən sürgün həyatı yaşayan Binaliyevlər ailəsi Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ savaşının tam ortasında qaldı. 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri, Rusiyanın 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Azərbaycanın Xocalı şəhərini işğala başlayaraq, orada yaşayan əhalini vəhşicəsinə qətlə yetirməyə başladılar. Gülali Binaliyevin iki oğlu tarixə qara bir ləkə kimi düşən “Xocalı Faciəsi” nəticəsində itkin düşdü. 1992-ci ilin qanlı faciəsinə qədər Ermənistandan, Xankəndindən ermənilər tərəfindən didərgin salınmış xeyli azərbaycanlı v 1989-cu ildə Fərqanə faciəsindən sonra didərgin salınan Axısxalı Türklər də Xocalıda yaşayırdı. Şəhərin 7 min əhalisi var idi. Fərqanə faciəsi nəticəsində Özbəkistandan zorla sürgünə məruz qalan Axısxalı Türklərə sahib çıxan ilk dövlət 

Azərbaycan oldu. Azərbaycan xalqı Axısxalı Türkləri öz doğma qardaş və bacıları kimi qəbul etdi. Axısxa Türkləri də öz növbəsində qanı və canı ilə ermənilərin işğalçılıq siyasətinə qarşı çıxaraq Dağlıq Qarabağ müharibəsidə iştirak etdilər. Bu dostluq və qardaşlığın yalnız sözdə deyil özdə olduğunu nümayiş etdirdilər. 

18 noyabr 1941-ci ildə anadan olan Gülali Binaliyev, daha 3 yaşında ikən Stalinin əmri ilə 14 noyabr 1944-cü ildə tarixi ana vətənləri olan Gürcistanın Samsxe-Javaxeti bölgəsindən Orta Asiya steplərinə sürgün edildi. Sürgün bölgəsi olaraq yerləşdirildikləri Özbəkistanda müəllim, direktor müavini, kənd sovetinin sədri, rayon sovetinin katibi kimi işlərdə çalışdı. Min bir əziyyətlə yurd saldıqları ölkədən yenidən sürgün edilən Gülali Binaliyev, 1989-cu ildə heç vaxt görmədiyi bir ölkəyə Azərbaycana ailəsi ilə birlikdə 

köç etmək məcburiyyətində qaldı. İlk olarak Saatlı rayonuna yerləşən Binaliyevlər ailəsi, burada bir ay qaldıqdan sonra Azərbaycanın dilbər guşəsi olan Şuşa şəhərinə köç etdilər. 1989-cu ilin iyul ayından 1990-cı ilin mart ayına kimi Şuşa şəhərində yaşayan Binaliyevlər ailəsi, daha sonra Xocalı şəhərinə gələrək burada yerləşdi.

“Bizim millət zəhmətkeş bir millətdir.”

Gülali Binaliyev Xocalıya gəlmələrinin səbəbini belə izah edir: 

“Şuşa şəhər idi. Orada əkinçiliklə, əməklə məşğul olmağa imkan olmadığından biz ailəmiz ilə birlikdə Xocalıya köç etdik. Xocalıda erməni kəndlərinin ortasında yerləşdik. Ətrafımız dağlar ortadakı düzənlikdə isə Xocalı yerləşirdi. Bizim yerləşdiyimiz yer isə ermənilərə olduqca yaxın idi. Orada təhsil şöbəsində inspektor olaraq işləməyə başladım. Böyük oğlum sürücü idi. Özbəkistan Respublikasının Sırdərya vilayətində 1967-ci il, aprel ayının 9-da anadan olan ortancıl oğlum Binaliyev Alişir musiqi müəllimi işləyirdi. Elə həmin rayonda 1969-cu il avqust ayının 3-də anadan olan kiçik oğlum Binaliyev Cabbar isə sürücü işləyirdi. İtkin düşən hər iki oğlum orta məktəbi Özbəkistanda bitirdi. Orta məktəbi bitirdikdən sonra isə Sovet ordusunda həqiqi hərbi xidmət keçdilər. Böyük oğlum Bəxtiyarı Özbəkistanda, digər oğullarımı isə Şuşa şəhərində evləndirdim. Böyük oğlum Bəxtiyar sürücü işləyirdi. Ortancıl oğlum Alişir musiqiçi idi. Özbəkistanda da toylara gedir, orada musiqi ifa edərdi.Balaca oğlum da sürücü idi. Musiqiçi qardaşını ve dostlarını toylara aparıb gətirərdi.” “Bizim yanımızda bir azərbaycanlı ailəsi var idi. Onların ailəsini tamamilə məhv etdilər. Ailəsində heç kim sağ qalmadı.”

Gülali Binaliyev Xocalıda şahidi olduğu erməni vəhşiliklərini bu sözlərlə ifadə edir: “1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Xocalıya erməni kəndləri tərəfindən ağır artilleriya ilə hücuma başladılar. Əvvəlcə raketlərdən daha sonra isə tanklardan atəş açdılar. Daha sonra isə “Öldürücü Qoşun” hücuma keçdi. Qarşılarına çıxan kim vardısa hamısını öldürdülər. Oğullarımla birlikdə əlimizdə avtomat Xocalının müdafiəsində iştirak etdim. Zirzəmi düzəltmişdik. O zirzəmiyə uşaqları və qadınları gizlətdik. Atışma getdikcə güclənirdi. Güllələr başımızın üstündən yağmur kimi yağırdı. Ermənilər birdən gəldilər ki, zirzəmidən çıxın yoxsa bomba atacağıq. Biz də ailələrimizi zirzəmidən çıxarmağa məcbur olduk. Hamımız çıxdıq. Qollarımızı arxadan bağladılar. Ermənilər gəlinlərin, qızların bütün qızıllarını, sırğalarını, qolbaqlarını alıb apardılar. Hava çox soyuq idi amma buna baxmayaraq paltolarımızı və papaqlarımızı çıxarmağa bizi məcbur etdilər. Hava olduqca küləkli, qar isə dizə qədər çatırdı o gecə Xocalıda. Beləliklə bizim hamımızı Xankəndinə apardılar. Yıxılanı vuracağıq deyirdilər. Yıxılmamaq üçün bir birimizin çiyninə söykənirdik, əllərimiz də bağlı. Xankəndinə yaxın bir təpəlikdə dayandıq. Bu mənfur ermənilər ayaqqabılarımızı da çıxartdırdılar. Qarın üstündə bizə işgəncə verdilər. Sonra ayaqyalın formada Xankəndinə gətirdilər. Orada köhnə bir avtomobil bazasında bizi yeri beton olan bir yerə həbs etdilər. Bizim həbs edildiyi- miz balaca yerdə təxmini olaraq 10-15 nəfər var idi. Bir bir çağırıb bizi sorğu suala tutmağa başladılar. Sıra mənə çatanda məni yuxarı bir yerə apardılar. Orda erməni mənə sual verdi ki, Siz Axısxa Türkləri nə üçün Azərbaycana gəldiniz? Mən də cavabımda Azərbaycanın, Ermənistanın və Qafqazdakı digər ölkələrin Sovet hakimiyyəti tərkibində olduğunu, bizim də bu ölkələrdə yaşamaq hüququmuzun olduğunu, Azərbaycanı isə vətənimiz qədər sevdiyimiz üçün gəldiyimizi dedim. Daha sonra isə məndən “Mixaylo”nu tanıyıb tanımadığımı soruşdular. Mən isə cavabımda Mixaylonun 1944- cü ildə Yugoslaviyada öldüyünü dedim. Amma onlar məndən onu deyil, mənimlə birliktə təhsil idarəsində işləyən Tofiq Hüseynovu soruşurdular. “Mixaylo” ləqəbi ilə məşhur olan Azərbaycanın Milli Qəhramanı Tofiq Hüseynov və digər cəsur oğullar, gecələri ermənilərdən mal qara oğurlayıb gətirirdi. Çünkü Xocalı dörd ay mühasirədə qaldı. Milli Qəhramanımız Tofiq Hüseynovun və dostlarının ermənilərin əllərindən alaraq gətirdiyi ərzaq sayəsində Xocalı sakinləri həyatda qaldı. Mən cavabımda onu tanımadığımı dedim. Halbuki mən onu çox yaxşı tanıyırdım.” dedi.

Binali Gülaliyevin verdiyi cavaba əsəbləşən qapı ağzında duran saqqallı erməni, erməni dilində nə isə deyir. Daha sonra isə saxladıqları yerin koridorunda avtomatın qundağı ilə başına vuraraq Gülali Binaliyevin başını ve qulağını yarır. Erməni vəhşiliklərinin canlı şahidi olan və iki övladı da “Xocalı Faciəsi” nəticəsində itkin düşən Gülali Binaliyev, daha sonra başına gələn hadisələr haqqında deyir: Başıma aldığım o zərbələrdən sonra indi də başıma papaq qoymadan gəzə bilmirəm. Papaqsız gəzən kimi ağrılarım başlayır. Mən o zərbədən sonra bayılmışam. Rezin dubinka ilə mənə o qədər zərbə vurublar ki, artıq mən zərbələri hiss etmirdim. Məni o qədər döyüblər ki, sonunda elə biliblər ki, ölmüşəm. Ona görə də məni buraxıb gediblər. Bizə dedilər ki, sizi dəyişəcəyik. Üç oğlumun üçü də səngərdə döyüşürdü. Mən isə ailəmi qorumaq üçün onların yanında qaldım. Bizi erməni əsirlərlə dəyişdilər. Ağdam xəstəxanasına apardılar. Üzüm, gözüm sarğı içərisində idim. Axşam vaxtı böyük oğlum Bəxtiyar məni tapıb gəldi yanıma. Ertəsi gün Bəxtiyar qardaşlarını axtarmağa getdi. Amma tapa bilmədi. O iki oğlumdan bu günə qədər bir xəbər yoxdur. Hər yerə xəbər verdik amma tapa bilmədik. Dövlətimiz tərəfindən oğullarımın hər ikisinə şəhid vəsiqəsi verdilər.” 

1992-cı ildə Qarabağdan didərgin salınan Gülali Binaliyev Ağdam xəstəxanasında sağaldıqdan sonra ilk olaraq Saatlı rayonunda yaşayan qohumlarının yanına gəldi. Altı ay orada yaşadıqdan sonra isə Şabran rayonuna köçdü. Burada 21 il məktəbdə müəllim və direktor vazifəsində işlədi. 2011-ci ildə isə Təhsil Nazirliyinin əmri ilə təqaüdə göndərildi. Xocalı faciəsi zamanı itkin düşən Binaliyev Alişir və Binaliyev Cabbar Gülali oğluna dövlətimiz tərəfindən şəhid statu verilib. Binaliyev Alişirin bir oğlan övladı var idi. Digər övladını qucağına alacağı günü gözləyirdi. Onun kiçik qardaşı Binaliyev Cabbarın isə bir qız övladı var idi. 

Allah şəhidlərimizə rəhmət etsin!

FROM FERGANA TO KHOJALY…!

Gulali Binaliyev: “Armenian asked me that you Ahiska Turks

why did you come to Azerbaijan?”

77-year-old Gulali Binaliyev is just one of the thousands of Ahiska Turks who immigrated to Azerbaijan in 1989 after the terrible events between Uzbeks and Ahiska Turks in the Fergana province of Uzbekistan. Before the pain of exile from their historical homeland.

The Binaliyev family, living in exile again, was in the middle of the Azerbaijan-Armenia, Nagorno-Karabakh war. On the night of February 25-26, 1992, the Armenian armed forces, with the help of armored vehicles and military personnel of the 366th motorized rifle regiment of Russia, began to occupy the city of Khojaly in Azerbaijan and began to brutally kill the population living there. Gulali Binaliyev’s two sons went missing as a result of the “Khojali Tragedy”, which went down in history as a black spot. Before the bloody tragedy of 1992, many Azerbaijanis who were displaced from Armenia and Khankendi by Armenians and Ahiskali Turks who were displaced after the Fergana tragedy in 1989 lived in Khojaly. The city had 7 thousand inhabitants. As a result of the tragedy of Fergana, the first state It was Azerbaijan. to take possession of Ahiska Turks who were forced to exile from Uzbekistan The people of Azerbaijan accepted Ahiska Turks as their native brothers and sisters. The Turks of Ahiska, in turn, participated in the Nagorno-Karabakh war by resisting the occupation policy of the Armenians with their blood and soul. They demonstrated that this friendship and brotherhood is not only in words but in themselves.

Gulali Binaliyev, who was born on November 18, 1941, was deported to the steppes of Central Asia on November 14, 1944, when he was only 3 years old, from his historical motherland, Samskhe-Javakheti region of Georgia. He worked as a teacher, deputy director, chairman of the village council, and secretary of the district council in Uzbekistan, where he was placed as an exile region. Gulali Binaliyev, who was once again exiled from the country where he made his home with a thousand hardships, went to Azerbaijan with his family in a country he had never seen in 1989.

had to migrate. The Binaliyev family first settled in Saatli district, and after staying here for a month, they moved to Shusha, the charming corner of Azerbaijan. The Binaliyev family lived in the city of Shusha from July 1989 to March 1990, then came to the city of Khojaly and settled here.

“Our nation is a hardworking nation.”

Gulali Binaliyev explains the reason for coming to Khojaly as follows:

“Shusha was a glass city. We moved to Khojaly with our family as there was no opportunity to engage in agriculture and labor there. We settled in the middle of Armenian villages in Khojaly. Khojaly was located in the plain in the middle of the mountains around us. Our location was very close to Armenians. I started working there as an inspector in the education department. My eldest son was the driver. My middle son Binaliyev Alishir, who was born on April 9, 1967, worked as a music teacher in Syr Darya province of the Republic of Uzbekistan. My youngest son Binaliyev Jabbar, who was born on August 3, 1969, worked as a driver in the same district. Both of my missing sons graduated from high school in Uzbekistan. After graduating from high school, they did active military service in the Soviet army. I married my eldest son Bakhtiyar in Uzbekistan, and my other sons in Shusha. My eldest son Bakhtiyar worked as a driver. My middle son Alishir was a musician. He used to go to weddings in Uzbekistan and play music there. My little son was also a driver. The musician would bring his brother and friends to weddings.” “There was an Azerbaijani family with us. They completely destroyed their family. No one in his family survived.” Gulali Binaliyev expresses the Armenian atrocities he witnessed in Khojaly with these words: “On the night of February 25-26, 1992, Armenian villages began to attack Khojaly with heavy artillery. First they fired from rockets and then from tanks. Later, “Killer Squad” attacked. They killed everyone who came in front of them. Together with my sons, I participated in the defense of Khojaly with a machine gun in hand. We had fixed the basement. We hid children and women in that basement. The firing intensified. Bullets rained over our heads. The Armenians suddenly came and said, “Get out of the basement or we will throw a bomb.” We were also forced to move our families out of the basement. We all went out. They tied our arms from behind. Armenians took away all the gold, earrings and bracelets of brides and girls. It was very cold, but they made us take off our coats and hats. The weather was very windy and the snow was knee-deep that night in Khojaly. So they took us all to Khankendi. They said we will shoot the one who falls. In order not to fall, we leaned on each other’s shoulders, and our hands were tied. We stopped on a hill near Khankendin. These hateful Armenians also made us take off our shoes. They tortured us on the snow. Then they brought him to Khankendi barefoot. There, in an old car depot, we were imprisoned in a place with a concrete floor. There were approximately 10-15 people in the small place where we were arrested. They called us one by one and began to interrogate us. When it was my turn, they took me upstairs. There, the Armenian asked me why did you Ahiska Turks come to Azerbaijan? In my answer, I said that Azerbaijan, Armenia and other countries in the Caucasus were part of the Soviet power, that we also have the right to live in these countries, and that we came because we love Azerbaijan as much as our homeland. Later, they asked me if I knew “Mikhaylo”. In my answer, I said that Mikhailo died in Yugoslavia in 1944. But they were not asking me about him, but about Tofig Huseynov, who works with me in the education department. Tofig Huseynov, the National Hero of Azerbaijan, known by the nickname “Mikhaylo”, and other brave sons used to steal and bring cattle from Armenians at night. Because Khojaly was besieged for four months. The inhabitants of Khojaly survived thanks to the food brought by our National Hero Tofig Huseynov and his friends from the hands of Armenians. I replied that I did not know him. However, I knew him very well.” he said. Angry at Binali Gulaliyev’s answer, the bearded Armenian standing at the door says something in Armenian. Later, in the corridor of the place where they were detained, he hit him on the head with the butt of the machine gun and split Gulali Binaliyev’s head and ear. Gulali Binaliyev, who was a living witness of Armenian atrocities and lost two of his children as a result of the “Khojali Tragedy”, later says about the events that happened to him: After those blows I received on my head, even now I can’t walk without a hat on my head. As soon as I walk without a hat, my pain starts. I fainted after that blow. They hit me with a rubber mallet so hard that I no longer felt the blows. They beat me so much that in the end they thought I was dead. That’s why they let me go. We were told that we will change you. All three of my three sons fought in the trenches. I stayed with them to protect my family. They exchanged us with Armenian prisoners. They took him to Aghdam hospital. My face and eyes were bandaged. In the evening, my eldest son Bakhtiyar found me and came to me. The next day Bakhtiyar went to look for his brothers. But he could not find it. There is no news of my two sons till today. We reported everywhere but could not find it. Both of my sons were issued martyr certificates by our state.”

Gulali Binaliyev, who was deported from Karabakh in 1992, after recovering in Agdam hospital, first came to his relatives living in Saatli district. After living there for six months, he moved to Shabran district. He worked here as a teacher and director at the school for 21 years. In 2011, he was retired by order of the Ministry of Education. Binaliyev Alishir and Binaliyev Jabbar Gulali oglu, who went missing during the Khojaly tragedy, were given the status of martyrs by our state. Binaliyev Alishir had a son. She was waiting for the day when she would hold her other child. His younger brother Binaliyev Jabbar had a daughter.

May God have mercy on our martyrs!

ИЗ ФЕРГАНЫ В ХОДЖАЛЫ!

Гюлали Биналиев: “армяне задали мне вопрос, Что вы, турки-ахыска

почему вы приехали в Азербайджан?”

77-летний Гюлали Биналиев-всего лишь один из тысяч ахыскинских турок, которые мигрировали в Азербайджан после ужасных событий 1989 года, произошедших в Ферганской области Узбекистана между узбеками и ахыскнскими турками. Не минуя горечи изгнания с исторической родины, семья Биналиевых, снова прожившая жизнь в изгнании, оказалась в самом разгаре азербайджано-армянской, Нагорно-Карабахской войны. В ночь с 25 на 26 февраля 1992 года Вооруженные силы Армении при поддержке бронетехники и воинского состава 366-го мотострелкового полка России начали оккупацию азербайджанского города Ходжалы, жестоко убивая проживающее там население. Два сына Гюлали Биналиева пропали без вести в результате “Ходжалинской трагедии”, вошедшей в историю как черное пятно. Значительное количество азербайджанцев, изгнанных армянами из Армении, Ханкенди до кровавой трагедии 1992 года v в Ходжалы жили и турки-Ахыска, выселенные после Ферганской трагедии в 1989 году. Население города составляло 7 тысяч человек. В результате Ферганской трагедии Азербайджан стал первым государством, принявших турок-ахыска, подвергшимися насильственному изгнанию из Узбекистана. Азербайджанский народ принял Ахыскинских турок как своих родных братьев и сестер. Турки-ахыскинцы, в свою очередь, участвовали в Нагорно-Карабахской войне, выступая против оккупационной политики армян своей кровью и душой. Они продемонстрировали, что эта дружба и братство заключаются не только в словах.

Гюлали Биналиев, родившийся 18 ноября 1941 года, когда ему было еще 3 года, был сослан по приказу Сталина 14 ноября 1944 года в среднеазиатские степи из региона Самцхе-Джавахети в Грузии, их исторической родины. В Узбекистане, куда они были помещены в качестве ссыльнопоселенцев, он работал учителем, заместителем директора, председателем сельсовета, секретарем районного Совета. Гюлали Биналиев, вновь изгнанный из страны, где они построили тысячу и одну кропотливую родину, в 1989 году вместе с семьей переехал в Азербайджан, страну, которую он никогда не видел, он был вынужден эмигрировать. Семья Биналиевых, сначала поселившаяся в Саатлинском районе, после месячного пребывания здесь перебралась в Шушу-очаровательный уголок Азербайджана. С июля 1989 года по март 1990 года семья Биналиевых проживала в городе Шуша, затем приехала в город Ходжалы и поселилась здесь.

“Наша нация-трудолюбивая нация.”

Гюлали Биналиев объясняет причину их приезда в Ходжалы:

“Шуша была городом. Поскольку там не было возможности заниматься земледелием,  мы с семьей переехали в Ходжалы. В Ходжалы мы расположились посреди армянских сел. А на равнине посреди окружающих нас гор располагались Ходжалы. А наше расположение было довольно близко к армянам. Там я начал работать инспектором в отделе образования. Мой старший сын был водителем. Мой средний сын Биналиев Алишир, родившийся 9 апреля 1967 года в Сырдарьинской области Республики Узбекистан, работал учителем музыки. А мой младший сын Биналиев Джаббар, родившийся 3 августа 1969 года в том же районе, работал водителем. Оба моих пропавших без вести сына закончили среднюю школу в Узбекистане. А после окончания средней школы они прошли действительную военную службу в Советской Армии. Мой старший сын Бахтияр работал водителем. Мой средний сын Алишер был музыкантом. Он также ходил на свадьбы в Узбекистан, где играл музыку. Мой маленький сын тоже был водителем. Музыкант брал с собой брата и друзей на свадьбы.”Рядом с нами была азербайджанская семья. Они полностью уничтожили их семью. Никто в его семье не выжил. Гюлали Биналиев выражает армянские зверства, свидетелем которых он был в Ходжалы, словами: “в ночь с 25 на 26 февраля 1992 года армянские села начали наступление на Ходжалы с применением тяжелой артиллерии. Сначала стреляли из ракет, а потом из танков. Однако позже” смертоносные войска ” перешли в наступление. Они убили всех, кто был перед ними. Вместе с сыновьями участвовал в обороне Ходжалы с автоматом в руках. Мы сделали подвал. Мы спрятали в этом подвале детей и женщин. Стрельба становилась все сильнее и сильнее. Пули падали над нашими головами, как дождь. Внезапно пришли армяне и сказали: выходите из подвала, иначе мы сбросим бомбу. Мы также были вынуждены вывести наши семьи из подвала. Мы все вышли. Они связали наши руки сзади. Армяне уносили все золото невест, девушек, серьги, браслеты. Погода была очень холодной, но, тем не менее, они заставили нас снять пальто и шляпы. Погода была довольно ветреной, а снег доходил до колен в ту ночь в Ходжалы. Итак, они отвезли всех нас в Ханкенди. Они сказали, что ударят того, кто упадет. Мы опирались друг на друга на плечи, чтобы не упасть, и наши руки были связаны. Мы остановились на холме недалеко от Ханкенди. Эти ненавистные армяне сняли и нашу обувь. На снегу нас мучили. Затем в босиком виде привезли в Ханкенди. Там, на базе старой машины, нас посадили в место, где земля была бетонной. Нас арестовали-там было около 10-15 человек. Они начали звонить и допрашивать нас. Когда очередь достигла меня, меня повели куда-то наверх. Там армяне задали мне вопрос, почему вы, турки-Ахыска, приехали в Азербайджан? Я также сказал в своем ответе, что Азербайджан, Армения и другие страны Кавказа находятся в составе советской власти, что мы имеем право жить в этих странах, а Азербайджан мы любим так же сильно, как нашу Родину. А потом меня спросили, знаю ли я ”Михайло”. И я сказал в своем ответе, что Михайло умер в Югославии в 1944 году. Но они спрашивали не его, а Тофика Гусейнова, который работал со мной в управлении образования. Национальный герой Азербайджана Тофик Гусейнов, известный по прозвищу “Михайло”, и другие храбрые сыновья по ночам воровали и привозили скот у армян. Потому что Ходжалы четыре месяца находился в осаде. Благодаря продовольствию, которое наш национальный герой Тофик Гусейнов и его друзья забрали у армян, жители Ходжалы остались живы. Я сказал в своем ответе, что не знаю его. Однако я знал его очень хорошо.. Бородатый армянин, стоящий у дверей, раздраженный ответом Бинали Гюлалиева, что-то говорит по-армянски.А затем в коридоре места их хранения он разбивает голову и ухо Гюлали Биналиеву, ударив его прикладом автомата по голове. Гюлали Биналиев, который был живым свидетелем армянских зверств и чьи двое детей погибли в результате “Ходжалинской трагедии”, говорит о событиях, которые произошли с ним позже: после тех ударов, которые я получил по голове, я до сих пор не могу ходить без шляпы на голове. Как только я иду без шляпы, начинается моя боль. Я потерял сознание после этого удара. Они так сильно ударили меня резиновой дубинкой, что я больше не чувствовал ударов. Меня так сильно избили, что в конце концов мне показалось, что я мертв. Поэтому меня отпустили. Нам сказали, что мы изменим вас. Все трое моих сыновей сражались в окопах. И я остался с ними, чтобы защитить свою семью. Нас обменяли на армянских пленных. Их отвезли в Агдамскую больницу. Мое лицо, мои глаза были в повязке. Вечером мой старший сын Бахтияр нашел меня и пришел ко мне. На следующий день Бахтияр отправился на поиски своих братьев. Но он не смог его найти. От этих двух моих сыновей до сих пор нет новостей. Мы сообщали везде, но не могли найти. Наше государство выдало обоим моим сыновьям удостоверения шехидов.”

В 1992 году гюлали биналиев, изгнанный из Карабаха, после выздоровления в Агдамской больнице впервые приехал к родственникам, проживающим в Саатлинском районе. Прожив там шесть месяцев, он переехал в Шабранский район. Здесь он проработал 21 год учителем и директором школы. А в 2011 году приказом Министерства образования он был отправлен на пенсию. Биналиев Алишер и Биналиев Джаббар Гюлали оглы, пропавшие без вести во время Ходжалинской трагедии, получили от нашего государства статус шехидов. У Биналиева Алишера был сын. Она ждала того дня, когда возьмет другого ребенка на руки. У его младшего брата Биналиева Джаббара была дочь.

Да помилует Аллах наших шехидов!

Seçilmiş məqalə

Back to top button