ATVİB Qadınlar Şurasının toplantısı keçirildi
Yanvarın 29-da Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin ofisində Qadınlar Şurasının iclası keçirildi.
Toplantıda Bakı şəhərində yaşayan “Vətən” İctimai Birliyinin Qadınlar Şurasının üzvləri olan qadınlar iştirak etdi.
Toplantıyı giriş sözü ilə açan ATVİB-in Qadınlar Şurasının sədri Gülnarə Salayeva tədbirdə iştirak edən Axısxalı qadınları salamlayaraq, birliyin fəaliyyətində fəal iştirak etdikləri üçün onlara təşəkkür etdi.
İclasda istirak edən qadınlar ATVİB-in XI Ümumi Yığınacağında “Vətən” İB-nin sədri seçilən Xalid Xəlilova xeyirli olsun diləklərini bəyan etdilər.
ATVİB Qadınlar Şurasının sədri Gülnarə Salayeva da tədbir iştirakçılarına ATVİB sədri Xalid Xəlilovun salamlarını çatdırdı.
İclasda şura sədri Gülnarə Salayeva, Türkiyə üniversitetlərinə qəbul olunmaq istəyən gənclərə gənclər şurası tərəfindən köməklik göstəriləcəyini vurğulayaraq, bundan əlavə “Vətən” İctimai Birliyinin Qadınlar şurası tərəfindən qadınların birliyin fəaliyyətinə aktiv şəkildə cəlb edilməsi, qızlarımıza milli geyimlərimiz, örf adətlərimiz haqqında məlumatlar verilməsi məqsədiylə ay ərzində iki dəfə biraraya gəlmək ilə bağlı fikir mübadiləsi edildi.
Qadınları maraqlandıran bir çox məsələlərin müzakirə edildiyi olduqca faydalı keçən bir görüşmə sonrası birlikdə xatirə şəkli çəkdirildi.