Digər XəbərlərFəaliyyətimizXəbərlər

Türkiyə Bursları məzunları birlik ofisini ziyarət etdi

Bugün, Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanlığı bursları ilə Türkiyədə təhsil almış və hazırda Bakı şəhərində işləyən bir sıra Axısxa Türkü gəncləri birlik ofisini ziyarət etmişdir.

İclasda ATVİB sədri və DATÜB Azərbaycan Təmsilçisi Xalid Xəlilov, ATVİB sədrinin I müavini Yusif Səfərov, ATVİB mətbuat katibi Paşaali Paşaaliyev, AMEA Fizika İnstitutunun elmi işçisi, fizika üzrə fəlsəfə doktoru, Ahmet Asimov, Türkiyə bursları ilə Türkiyədə təhsil almış Ahmet Vəliyev, Nurali Aslanov, Ramil Feyzulov, Ramazan Nəsirli, Mustafa Paşaliyev və Rusiya Axısxa Türkləri Vətən Cəmiyyətinin Kabardina-Balkariya təmsilçisi Nüsrəddin Abbasov iştirak etmiştir.

Sədr Xalid Xəlilov iştirakçılara ziyarətlərindən ötrü minnətdarlığını bildirmişdir. Axısxalı gənclərin təhsilə cəlb edilməsi, təhsil sahəsindəki yeniliklər və yeni layihələr haqqında marifləndirilməsinin zərurətini, TEXNOFEST yarışında iştirak etmiş AHISKA RESEARCHER komandasındakı gənclərimizin nailiyyətlərinin gözəl bir nümunə olduğunu ifadə etmişdir.

Türkiyə Bursları məzunları da, gənclər üçün həyata keçiriləcək layihələrdə iştirak etmək istədiklərini və dəstək verəcəklərini bildirmişdirlər.

ATVİB İdarə Heyəti olaraq, məzunlarımıza iş həyatında uğurlar arzulayaraq, ziyarət üçün təşəkkür edirik.

Seçilmiş məqalə

Back to top button