Digər XəbərlərFəaliyyətimiz

Səlim Cabbarov şəhadətinin ikinci ilində məzarı başında anıldı

3 oktyabr 2022-ci il tarixində Saatlı RİH başçısı Elmir Bağırov, Səfərbərlik İdarəsinin sədri Polkovnik Rövşən Məmmədov, Azərbaycanda Yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin sədr müavini Rüstəm Xəlilov, İdarə Heyətinin üzvü və bölgə nümayəndəsi Mühiddin Xəlilov, İcra Nümayəndəsi Nüsrəddin Məmmədov, Bələdiyyə sədri Mikayıl Osmanov, şəhidimizin anası Dəstə Cabbarova, məktəb direktoru Daşdəmir Ulfanov, məktəblilər və kənd ictimaiyyəti Axısxa Türkü şəhidimiz Səlim Cabbarovun məzarını ziyarət etdi.

Şəhidimizin məzarına güllər qoyuldu və dualar edildi.

Xatırladaq ki, Səlim Cabbarov ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Azərbaycanda Yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyi olaraq, Şəhidimizə uca Allahdan rəhmət diləyirik. Allah Vətən uğrunda canlarından keçən, qəhrəman şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin.

Seçilmiş məqalə

Back to top button