Digər XəbərlərFəaliyyətimizXəbərlər

ATVİB-in bölgələrdəki Axısxa türkləri ilə görüşləri davam edir

26 mart 2022 tarixində Azərbaycanda yaşayan Axısxa Türklərinin “Vətən” ictimai birliyinin (ATVİB) növbəti iclası ATVİB İH-nin üzvü və sədr müavini Rüstəm Xəlilov, bölgə rəhbəri Mühiddin Xəlilov, Yadigar Aslanov, Varxankənd kənd tam orta məktəbinin direktoru Lətif müəllim və Varxankənd kəndinin ilk təşkilat rəhbəri Vaqif Muradovun iştirak və təşkilatçılığı ilə Saatlı rayonunun Varxankənd kəndində keçirildi.

İclasda ATVİB XI Ümumi Yığıncağına nümayəndə seçilən Axısxalı Türklər və digər qonaqlar iştirak etdi.

Toplantıda çıxış edən ATVİB sədr müavini və idarə heyətinin üzvü Rüstəm Xəlilov, iclas iştirakçılarına ATVİB sədri Xalid Xəlilovun salamlarını çatdıraraq, birlik tərəfindən son aylarda həyata keçirilən fəaliyyətlər və gələcək planlar haqqında ətraflı məlumat verərək Varxankənd kənd ilk təşkilatının rəhbəri Vaqif Muradova vətənə dönüş mübarizəsində uğurlar arzuladı.

ATVİB İH olaraq, dəyərli Vaqif Muradova yeni görəvində uğurlar arzulayırıq.

Seçilmiş məqalə

Back to top button